Şoviç çoğanı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şoviç çoğanı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Şoviç çoğanı (lat. Gypsophila szovitsii) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin qərənfilkimilər fəsiləsinin çoğan cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir – EN B1 ab(i, ii, iii). Regional IUCN Statusu: VU B2ab (ii, iii, iv).

Təbii yayılması

Qafqaz endemikidir. Kür düzənliyi və Kiçik Qafqazın mərkəzi hissəsində yayılmışdır. Antropogen təsir nəticəsində yayılma ərazisi məhdudlaşır, populyasiyada azalma tendensiyası müşahidə olunur.

Botaniki təsviri

Çoxillik ot bitkisidir, hündürlüyü 25 (30)-50 (60) sm-dir. Yarpaqları xətvari, uzunluğu 2-3 (40) sm-ə çatır, eni 0,5-2 (4) mm, itidir, uc hissəsi iynə şəkillidir. Süpürgəsi budaqlı, bit neçə dəfə haçalanmış, uc hissəsi tükcükşəkilli budaqcıqlarla budaqlanmışdır. Kasacığın uzunluğu 2 mm-ə çatır, zəngçiçəyinə oxşayır, ortaya qədər haçalanmışdır, yumurtaşəkilli, küt dişli, kənarları pərdəlidir. Ləçəkləri çəhrayı, uzunsov, kasacıqdan 1-2 dəfə uzundur. Qutucuq yumurtaşəkillidir, kasacıqla eyni ölçüdədir. Toxumlarının diametri 1 mm-ə çatır, az qabarıqdır.

Ekologiyası

May-iyun aylarında çiçəkləyir. Düzənliklərdə və aşağı dağ qurşaqlarında qumlu və gilli, quru, daşlı yerlərdə, əhəngli yamaclarda və qayalarda rast gəlinir. Məhdudlaşdırıcı amillər yaşayış ərazisinin deqradasiyası, otarılma və tapdalanma hesab edilir. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum banklarında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Azərbaycanda yayılması

Azərbaycanın nadir növüdür.

İstinadlar

Həmçinin bax