Əbdülkərim bəy Məmmədov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əbdülkərim bəy Məmmədov
Əbdülkərim bəy Məhəmməd ağa oğlu Məmmədov
Doğum tarixi
Doğum yeri Şuşa, Qarabağ xanlığı
Vəfat yeri Şuşa, Rusiya imperiyası
Vətəndaşlığı Qarabağ xanlığı,
Rusiya İmperiyası Rusiya imperiyası
Fəaliyyəti xəttat

Əbdülkərim bəy Məhəmməd ağa oğlu Məmmədov (1779 -?) — xəttat.

Həyatı

Əbdülkərim bəy Məhəmməd ağa oğlu 1779-cu ildə Şuşa şəhərinin Ağadədəli məhəlləsində doğulmuşdu. İbtidаi təhsilini mоllа yаnındа аlmışdı. Sоnrа mədrəsədə oxumuşdu. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Cəfərqulu xan Məhəmmədhəsən ağa oğlu Sarıcalı-Cavanşirin yanında katib idi.

Mirzə Əbdülkərim bəy mahir xəttat idi. Cəfərqulu xanın kitabxanası üçün kitab üzü köçürürdü.

Ailəsi

Mirzə Əbdülkərim bəy Hürü xanımla ailə qurmuşdu. Əbdüləzim bəy, Əbdürrəhim bəy, Məmi bəy, Məmmədəli bəy adlı oğlanları vardı.

Mənbə

  • Ənvər Çingizoğlu, Məmmədovlar:Vəliəhdin eşikağasının törəmələri, "Soy" еlmi-kütləvi dərgi, 2011, №2, səh.10-11.
  • Ənvər Çingizoğlu, Qarabağda sənət və sənətkarlar, Bakı: "Elm və Təhsil", 2011,-280 səh.