Əhməd xan Maşayixi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əhməd xan Maşayixi
Əhməd xan Hacı Mirzə Əbdülkərim oğlu Maşayixi
Doğum tarixi
Doğum yeri Təbriz şəhəri
Vəfat tarixi
Vəfat yeri Tehran şəhəri
Fəaliyyəti siyasətçi

Əhməd xan Hacı Mirzə Əbdülkərim oğlu Maşayixi (1881–1969)—Təbriz şəhərinin başçısı.

Həyatı

Əhməd xan Hacı Mirzə Əbdülkərim oğlu 1881-ci ildə Təbriz şəhərində doğulmuşdu. Mükəmməl mədrəsə təhsili almışdı. Müstəşarəssəltənə ləqəbini daşıyırdı. Bir müddət Daxili İşlər nazirliyində çalışmışdı. Sonra İsfahan valisi Şükrulla xan Qəvaməddövlənin yanında xidmət etmişdi. Oradan Borucərd hakimi vəzifəsinə təyin edilmişdi. 4-cü çağırışda İran Milli məclisinə vəkil seçilmişdi.

Əhməd xan Maşayixi Rza şah Pəhləvinin fərmanı ilə Təbriz şəhərinə başçı (mer) təyin edilmişdi. Sonra sıra ilə Zəncan, KaşanQəzvin vilayətlərinin valisi olmuşdu. Oradan Tehran şəhərinə başçı gətirilmişdi.

Əhməd xan Maşayixi 1969-cu ildə Tehran şəhərində vəfat edib.

İstinadlar

Həmçinin bax

Xarici keçidlər