Əjdər Xanbabayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
ƏJDƏR XANBABAYEV
Doğum tarixi 1931
Doğum yeri
Vəfat tarixi 30 may 1990(1990-05-30)
Vəfat yeri

Əjdər Xanbabayev (1931, Ordubad, Naxçıvan MSSR30 may 1990, Bakı) — Azərbaycan jurnalisti. O, Azərbaycan SSR Mətbuat İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, "Azərnəşr" nəşriyyatının və "Yazıçı" nəşriyyatının direktoru olmuşdur. Xanbabayev SSRİ dövründə Heydər Əliyevi dəstəklədiyinə görə 1990-cı ildə Azərbaycan SSR DTK əməkdaşları tərəfindən öldürülmüşdür.

Həyatı

Əjdər Xanbabayevin xatirə lövhəsi (Bakı)

1990-cı ilin mayında Əjdər Xanbabayevin qətlini təşkil etməkdə ittiham olunmuşdur. Xanbabayev Bakıda, Azərbaycan Rus Dram Teatrının binası yaxınlığında şəxsi avtomobilində güllələnmişdi. İstintaqın məlumatına görə, zərərçəkmiş şəxs Azərbaycan KP MK-nın keçmiş birinci katibi Heydər Əliyevin tərəfdarlarından biri və onun respublikaya qayıtmasının təşkilatçılarından olmuşdur. Azərbaycan SSR hakimiyyət orqanları onun qayıdışını istəmirdilər və Xanbabayev Azərbaycan SSR DTK-nın operativ nəzarəti altında idi. Azərbaycan Prokurorluğunun məlumatına görə, əməliyyat nəzarətinin təşkilatçıları DTK-nın 3 saylı idarəsinin rəisi, polkovnik-leytenant Vladimir Mirzoyev və Azərbaycan SSR DTK-nın 5-ci şöbəsinin rəisi, 3 saylı idarə rəisinin müavini, polkovnik-leytenant Sadıx Əliyev olmuşdur. Cinayət işinin materiallarına görə, onlar DTK sədri Vaqif Hüseynovun birbaşa göstərişlərini yerinə yetirmişdir.[1]

Mənbə

İstinadlar

  1. Tumşis, 2016. səh. 97

Ədəbiyyat

  • Тумшис, Михаил. Щит и меч Советского Союза (rus). Moskva: Rusiya Təhsil və Elmin Təşviqi Fondu. 2016. ISBN 978-5-91244-161-5.

Xarici keçidlər