Əkbər Hüseynli

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əkbər Hüseynli
Şəxsi məlumatlar
Doğum tarixi 15 oktyabr 2001(2001-10-15)
Doğum yeri
Vəfat tarixi 27 sentyabr 2020(2020-09-27) (18 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili

Əkbər Hüseynli (15 oktyabr 2001, Alar, Cəlilabad rayonu27 sentyabr 2020, Murovdağ) — İkinci Qarabağ müharibəsi şəhidi.

Həyatı

2001-ci il oktyabrın 15-də Cəlilabad rayonu Alar kəndində anadan olmuşdur. Əkbər Alar kəndi H.Əliyev adına 1 saylı orta məktəbdə təhsil almışdır. Sonradan təhsilini Bakı Dövlət Sosial-İqtisadi Kollecində davam etdirmişdir.

Əkbər 2019-cu ildə təhsilini yarımçıq qoyaraq könüllü hərbi xidmətə yollanmışdır.

Hərbi xidməti

27 sentyabr 2020-ci ildə İkinci Qarabağ müharibəsi başlamışdır. Döyüşün ilk günlərində (27 sentyabrda) Murov istiqamətində gedən döyüşlərdə iştirak etmişdir.

Döyüş zamanı  qolundan  yaralanmış, əsgər yoldaşlarının təkidinə baxmayaraq döyüşə davam etmişdir. 

27-29 sentyabr tarixlərində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş yoldaşları ilə  xeyli irəliəyərək düşmənin çox sayda hərbi qulluqçusunu məhv etmişdir. Murov  zirvəsinin azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlmişdir.

Təltifləri:

Vətən uğrunda medalı (24.06.2021)

Suqovuşanın azad olunmasına görə medalı (24.06.2021)

İstinadlar