Cəlilabad rayonu

Bu məqalə Cəlilabad şəhəri haqqındadır. Şəhər üçün Cəlilabad şəhəri səhifəsinə baxın.

Cəlilabad rayonuAzərbaycan Respublikasında inzibati – ərazi vahidi.[1] Mərkəzi Cəlilabad şəhəridir.

Rayon
Cəlilabad rayonu

39°11′ şm. e. 48°20′ ş. u.HGYO


Ölkə
Daxildir Lənkəran-Astara
İnzibati mərkəz Cəlilabad
Tarixi və coğrafiyası
Yaradılıb 8 avqust 1930
Sahəsi
  • 1.440 km²
Hündürlük
18 m
Əhalisi
Əhalisi 231.800 nəfər
Rəqəmsal identifikatorlar
ISO kodu AZ-CAL
Telefon kodu 25
Avtomobil nömrəsi 15
Rəsmi sayt
Cəlilabad rayonu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində mövcud olmuş Həməşərə şəhəri b.e.ə. II minilliyə aiddir. Tarixi mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala ilə əhatə olunduğu göstərilir. Ərəblərin hücumundan sonra Həməşəra şəhəri dağılıb və sonrakı dövrlərdə Hasıllı şəhəri məşhurlaşıb. XIX əsrin 30-cu illərində rusların Azərbaycana köçürülməsi nəticəsində azərbaycanlılarla rusların birgə məskunlaşdığı Astarxanbazar şəhəri əyalətin mərkəzinə çevrilib. Cəlilabad rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 1967-ci ilədək Astarxanbazar, 2 iyun 1967-ci ildən isə görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılıb. 26 may 1964-cü ildə Biləsuvar inzibati ərazi vahidi rayonun tərkibinə qatılıb, 6 yanvar 1965-ci ildə yenidən ayrılaraq müstəqil rayona çevrilib.[2]

Cəlilabad rayonu 8 avqust 1930-cu ildə Astraxanbazar adı ilə təşkil edilmişdir. 2 iyul 1967-ci ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmışdır.

Cəlilabad rayonu Uzuntəpə kəndi ərazisindəki Uzuntəpə yaşayış yerindən aşkarlanmış Tunc dövrünə aid mis-tunc qarışığından hazırlanmış maral formalı hakimiyyət simvolu. Milli Azərbaycan Tarixi Muzeyi

Cəlilabad rayonu Azərbaycanın qədim yaşayış məskənlərindəndir. Rayon ərazisində mövcud olmuş Həməşəra şəhəri eramızdan əvvəlki II minilliyə aiddir.[mənbə göstərin] Qədim mənbələrdə şəhərin 3 metr hündürlüyündə möhtəşəm qala divarları ilə əhatə olunduğu göstərilmişdir. Ərəb istilasından sonra Həməşərə şəhəri dağılmış və sonrakı dövrlərdə Hasıllı məşhurlaşmışdır. XIX əsrin 30-cu illərində rusların Azərbaycana köçürülməsi nəticəsində azərbaycanlılarla rusların birgə məskunlaşdığı Astraxanbazar əyalətin mərkəzinə çevrilmişdir. Hasıllı bazarı, şirvanlı Məşədi Məmmədin yeni bazar tikdirməsi

Cəlilabad rayonu 8 avqust 1930-cu ildə təşkil edilmişdir. 1967-ci ilədək Astarxanbazar, 2 iyun 1967-ci ildən görkəmli yazıçı-dramaturq Cəlil Məmmədquluzadənin şərəfinə Cəlilabad adlandırılmışdır. 26 may 1964-cü ildə Biləsuvar inzibati ərazi vahidi rayonun tərkibinə qatılmış, 6 yanvar 1965-ci ildə yenidən ayrılaraq müstəqil rayona çevrilmişdir.

Respublikanın Cənub-Şərq bölgəsində yerləşən rayon şimaldan Biləsuvar, şərqdən Neftçala, cənub şərqdən Masallı, cənubdan Yardımlı rayonları ilə, qərbdən isə İran İslam Respublikası ilə həmsərhəddir. Ərazisi 1441,4 kvadrat kilometr, əhalisi 216,5 min (2017) nəfərdir. Rayonda 2 şəhər, 118 kənd vardır. Mərkəzi Cəlilabad şəhəridir.

Rayon ərazisində 50 tarixi-arxeoloji abidə mövcuddur. Onlardan eneolit dövrünə aid Əliköməktəpə və Mişarçay yaşayış yerləri, 4-cü minilliyə aid Qurudərə yaşayış yeri, tunc dövrünə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələr vardır.

Cəlilabad rayonu Üçtəpə kəndi ərazisindəki Əliköməktəpə yaşayış yerindən aşkarlanmış Eneolit dövrünə aid böyük mis qazan. Milli Azərbaycan Tarixi Muzeyi.

Hasıllı özü Həmşərəçay Quzey-Günbatan tayında yerləşirdi. Həmşərəçay Güney-Gündoğan tayında binə cuhudları deyilən ruslar yaşayırdı, Hasıllı ilə binə cuhudların kəndinin arası yüz əlli arşın ancaq olardı. Hasıllı bazarına Azərbaycanın çox yerlərindən alverçilər, böyük tacirlər gələr, öz mallarını bura gələn alıcılara satardılar. Bura alverə gələn şirvanlı Məşədi Məmməd sonradan Hasıllı bazarında dükan tikib böyük ticarətə başlamışdı. Məşədi Məmməd Hasıllıda yerini bərkidəndən sonra, buraya onun yerliləri olan şirvanlılar da axın etdilər, köçüb gəlməyə başladılar, Məşədi Məmməd də hamıya olduğu kimi, öz yerlilərinə də əlindən gələn yardımı əsirgəməz, onlara burada yer-yurd salmağa kömək eləyərdi. Məşədi Məmmədin alverinin yaxşı getməsinin bir niyəsi onun ucuzcul olması, geniş çeşidli mallar tapıb gətirməsi idisə, başqa bir niyəsi də onun çox əliaçıq bir insan olması idi. O, kimliyindən asılı olmayaraq, işi düşənlərə yardım eləyər, yoxsullara əl tutar, bacardıqca hamıyla yaxşı davranmağa çalışardı. Birdən kimsə toy üçün geyim-gecim almağa gəlsə, Məşədi Məmməd deyərmiş: "Gəlinimin çadrasını aldığım qiymətdən verəcəyəm". Toy geyim-gecimi alınıb yığılandan, pulu veriləndən sonra, Məşədi Məmməd gəlin üçün ən azından bir yaxşı kəlayağı bağışlarmış. Məşədi Məmmədin alverinin belə yaxşı getməyini yerli tacirlərin gözü götürmədiyindən, onlar günlərin birində bir qarışıqlıq salıb, yerli adamlarla şirvanlılar arasında toqquşma yaratdılar, sonra da Məşədi Məmmədə dedilər: "Sən gərək öz yerlin şirvanlıları da götürüb bizim bazardan çıxasan". Məşədi Məmməd qarşıdurma yaratmaq istəməyib, 1916-cı ilin yazında, yaxınlıqdakı Astarxanovka kəndindəki ruslardan əlli giri buğdanın yerini satın alaraq, orada bazar açdı. Hasıllı bazarında başqa yerlərdən gəlmə tacirlər də, yerli tacirlər onlara yaxşı üz göstərmədiklərindən, Məşədi Məmmədin bazarına köçüb getdilər. Məşədi Məmməd ruslardan aldığı torpaqda qabaqca özünə çox gözəl bir ev tikdi, sonra çox planlı bir şəkildə bir bazar, onun çevrəsində yenə də planla evlər tikdirməyə başladı. Bir sözlə, yeni bir şəhər salınmağa başladı. Məşədi Məmməd onun bazarına gələnlər üçün özü dükan tikdirər, köçüb gələnlər üçün də evlər tikdirərdi. Məşədi Məmməd yeni bazar salandan sonra, oradakı dükanlarını uzaq yerlərdən gətirilmə, çətin tapılan mallarla doldurdu. Bu malları həm də çox uyğun-ucuz qiymətə satar, bazarındakı tacirlərə də insafla alver eləməyi gənəşərdi. Məşədi Məmməd öz bazarından bir az aralıda mal-qara satışı üçün Mal bazarı deyilən bir bazar da saldırmışdı. Beləliklə də, bir-birinə yaxın olan iki bazar yarandı, Hasıllı bazarına yuxarı, Məşədi Məmmədin bazarına aşağı bazar deyərdilər. Məşədi Məmməd alver işlərini yaxşı qurduğundan, yavaş-yavaş Hasıllı bazarı sıradan çıxmağa başladı. Sonradan Hasıllılarla binə cuhud deyilən ruslar arasında baş verən savaşda ruslar Hasıllı kəndini yandırandan sonra Hasıllı bazarı büsbütün dağıldı.

Məşədi Məmməd haqqında bu gün də Cəlilabadda yaxşı sözlər dolaşmaqdadır. Deyilənə görə, öləcəyi ürəyinə daman Məşədi Məmməd nisyə dəftərini sobaya atıb yandıraraq, yaxın adamlarına demişdi: "Birdən mən öləndən sonra adamları borca görə incidərsiniz, kimin imkanı, vicdanı var gətirib borclarını verər, gətirməyənləri də bağışlayıram".

Coğrafi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Cəlilabad rayonu şimaldan Biləsuvar, şərqdən Neftçala, cənubdan Masallı, cənub-qərbdən Yardımlı rayonları, qərbdən isə İran İslam Respublikası ilə həmsərhəddir. Kür-Araz ovalığının sərhədində yerləşir. Rayonun ərazisi düzənlik və alçaq dağlıqdır, şərq hissəəsində bəzi yerlər dəniz səviyyəsindən aşağıdadır. Yayı quraqlıq keçən mülayim-isti yarımsəhra-və quru çöl iqlimə malikdir. Relyefinə görə Aran-düzənlik (Muğan düzünün cənubu və Lənkəran ovalığının bir hissəsi) və alçaq dağlıqdır. Rayon ərazisindən Bolqarçay, Mişarçay, İncəçay, Göytəpəçay, Həməşəra və başqa müvəqqəti axarlı çaylar keçir. Torpaqları allüvül-çəmən, şabalıdı, qəhvəyi dağ, meşə və s növlüdür. Rayonun mərkəzi olan Cəlilabad şəhəri Ələt-Astara avtomobil yolunun 210 kilometrliyində yerləşir.

Cəlilabad rayonu relyefinə görə Aran-düzənlik (Muğan düzünün cənubu və Lənkəran ovalığının bir hissəsi) və alçaq dağlıqdır (Rayonun şərq və cənub-şərqində Buravar silsiləsinin şimal-qərb hissəsi). Ən hündür nöqtəsi 1000 metrə qədər, şərq hissədə bəzi yerləri okean səviyyəsindən aşağıdır. Antropagen, dağlıq hissədə paleogen və neogen çöküntüləri yayılmışdır.

Əsasən yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta temperatur qışda 1–3 dərəcə -selsi, yayda 25–30 dərəcə-selsi, aktiv temperaturun miqdarı 4000–4500 dərəcə-selsidir. İllik yağıntılar 400–600 mm təşkil edir.

Torpaq tipləri aran hissədə allevual-çəmən, şabalıdı, dağətəyi zonada şabalıdı, qəhvəyi, dağ-meşə torpaqlarıdır. Yarımsəhra, çöl, dağ kserofil bitkiləri və sair inkişaf etmişdir. Rayonun 17,1 min hektar və ya 11 faiz ərazisi meşə sahələri ilə örtülüdür. Meşələrin 50 faizi şabalıd yarpaq palıd, 16,5 faizi vələs, 6,5 faizi fıstıq, qalan hissəsi ağçaqayın, azad, dəmirağac və sair bitkilərdən təşkil olunmuşdur. Torpaqqoruyucu və sunizamlayıcı roluna görə birinci qrupa aid edilən meşələrin doluluq səviyyəsi 0,4–0,5, məhsuldarlığı IV–V banitet arasındadır.

Rayonda heyvanlardan dovşan, qaban, porsuq, canavar, çaqqal, tülkü, qunduz və başqaları, quşlardan qartal, bəzgək, dovdaq, torağay, turac, ördək, qaz, qaşqaldaq, qırqovul, leylək və başqaları yaşayır. Rayonun dağlıq ərazisində nadir bitki- xarıbülbül bitir.

Təbii ehtiyatlardan neftli-qazlı sahə, əhəng, gil, qum və tikinti daşı yataqları mövcuddur.

Cəlilabadın ərazisi düzənlik və alçaq dağlıqdır. Rayonun qərb hissəsində Talış dağlarına aid olan Burovar silsiləsinin bir hissəsi yerləşir. Dəniz səviyyəsindən maksimum hündürlük 1000 metrə qədərdir. Rayonun şərq hissəsində bəzi yerlər okean səviyyəsindən aşağıdır. Rayon ərazisindən Bolqarçay, Mişarçay, İncəçay, Göytəpəçay və başqa müvəqqəti axarlı çaylar keçir. Torpaqları allüvial-çəmən, şabalıdı, qəhvəyi dağ, meşə və sair növlüdür.

Cəlilabadda 14,7 min hektar meşə, habelə quş qışlaqları vardır. Heyvanlardan dovşan, qaban, porsuq, canavar, tülkü, çaqqal və qunduz, quşlardan qartal, qarğa, turac, torağay, ördək, qaz, qaşqaldaq, qırqovul, leylək və dovlaq yaşayır.

Cəlilabad yayı quraqlıq keçən mülayim-isti iqlimə malikdir. Orta temperatur qışda 1–3 °C, yayda isə 25–30 °C-dir. İllik yağıntı 400–600 mm-dir.

İri yaşayış məntəqələri

[redaktə | mənbəni redaktə et]

Cəlilabad rayonunun ən böyük yaşayış məntəqələri Alar, Günəşli, Üçtəpə, Privolnoye, Uzuntəpə kəndləridir. Müstəqilliyə qədər Göytəpə şəhəri Prişib adlanmış və müstəqillik əldə edildikdən sonra öz tarixi adı bərpa edilmişdir. Hərbi şəhər olduğu üçün Sovet hakimiyyəti dövründə çoxmillətli sakinləri olub. Hal-hazırda təxmini olaraq 231 min nəfər sakini vardır. Şəhərdə zavodlar, fabriklər, xəstəxanalar, texniki peşə məktəbi, orta məktəblər və bu kimi çoxlu sayda ictimai elmi müəssisələr vardır. Rayonda 2 şəhər 118 kənd vardır.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

Rayonun iqtisadiyyatında taxılçılıq, kartofçuluq və üzümçülük, Çiyələk, sarımsaq əsas yer tutur. Bununla yanaşı təsərrüfatlarda tərəvəz, bostan bitkiləri və meyvə də yetişdirilir. Son illərdə üzümçülük sahahəsi daha da inkişaf etdirilir. Son illər rayonda pambıq, sarımsaq və noxud əkilir. Quşçuluda inkişaf etmiş sahələrdəndir. Heyvandarliq da inkişaf etmişdir, rayonda Günəşli aqropark fəaliyyət göstərir.Rayon iqtisadi cəhətdən özünü təmin edən ən böyük rayonlardan biridir.

Mədəniyyət, təhsil və səhiyyə müəssisələri

[redaktə | mənbəni redaktə et]

Cəlilabad rayonunda Azərbaycan Dövlət Pedaqoji Universitetinin filialı, Astara Pedaqoji Kollecinin rayon şöbəsi, peşə liseyi, peşə məktəbi, 18 məktəbəqədər, 5 məktəbdənkənar tərbiyə müəssisəsi, 126 ümumtəhsil məktəbi (ondan 75-i tam orta, 39-u ümumi orta, 12-si ibtidai), 1 Təhsil İşçiləri Evi, 94 kitabxana, 19 mədəniyyət evi, 24 klub, 1 uşaq incəsənət, 1 musiqi məktəbi, Heydər Əliyev mərkəzi, tarix-diyarşünaslıq muzeyi, şəkil qalereyası, mədəniyyət və istirahət parkı fəaliyyət göstərir.

Rayonda 147 idman qurğusu, o cümlədən 112 sadə idman qurğusu var. Dövlət Proqramında nəzərdə tutulmuş Olimpiya İdman Kompleksinin tikintisi davam etdirilir.

Əhaliyə 5 şəhər, 3 kənd sahə xəstəxanası, 28 həkim, 40 tibb məntəqəsi, Təcili Tibbi Yardım Stansiyası, Müalicə-diaqnostika mərkəzi tibbi xidmət . Cəlilabad da regional diaqnostika mərkəzi fəaliyyət göstərir. Tibb ərazi bölmələrinin regionlararası regional mərkəzi xəstəxanası vardır. İcbari tibbi sığortanın Cəlilabad regional filialı fəaliyyət göstərir.

Maddi-mədəni irsi

[redaktə | mənbəni redaktə et]

Cəlilabad rayonunda 50 tarixi-arxeoloji abidə mövcuddur. Onlardan eneolit dövrünə aid Əlikömtəpə və Mişarçay yaşayış yerləri, eramızdan əvvəl IV minilliyə aid Qurudərə yaşayış yeri, tunc dövrünə aid Yedditəpə kurqanları, eramızdan əvvəl III minilliyə aid Cinlitəpə yaşayış yeri, qədim Muğan və Bəcirəvan şəhərlərinin qalıqları, Qazan köşkü, Bəcirəvan kurqanları, Pirhəsən, Pirəxəncər, Zərdüşt daxmaları kimi tarixi abidələr vardır.

Rayonda 2750 nəfərlik stadion, 110 sadə idman qurğusu, 7 kompleks idman qurğusu, 23 məktəb zalı, 4 atıcılıq tiri, şahmat məktəbi fəaliyyət göstərir. "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na əsasən Cəlilabad şəhərində beynəlxalq standartlara cavab verən idman kompleksi inşa edilmişdir.[3]

Azərbaycan Basketbol Liqasında (ABL) "Cəlilabad" Basketbol klubu iştirak edir.

Cəlilabad rayonunda "Yeni gün" qəzeti nəşr olunur.

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
  2. "Arxivlənmiş surət". 2022-03-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-30. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  3. "Azerbaijan.az saytı". 2017-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-12-19. (#redundant_parameters); (#redundant_parameters)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]