Əlinağı xan Müfaxxarülməmalik

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əlinağı xan Müfaxxarülməmalik
Əlinağı xan Sadıq xan oğlu
Şəxsi məlumatlar
Doğum yeri Təbriz
Vəfat tarixi
Vəfat yeri İran
Fəaliyyəti məmur
Atası Sadıq xan

Əlinağı xan Sadıq xan oğlu Müfaxxarülməmalik (?-1909) — Xoy, SalmasTehranın hakimi.

Həyatı

Əlinağı xan Sadıq xan oğlu Təbriz şəhərində anadan olmuşdu. Atası bu şəhərin darğası vəzifəsində çalışmışdı. Müzəffərəddin şah Qacar yaxınlarından sayılırdı.

Əlinağı xan mükəmməl mədrəsə təhsili almışdı. Təbrizdə vəliəhd Məhəmmədəli mirzənin diqqətini cəlb etmişdi. Müfaxxarülməmalik ləqəbini almışdı. 1906-cı ildə XoySalmasın hakimi təyin edilmişdi. Ona ciddi tapşırılmışdı ki, məşrutəpərəstləri göz açmağa imkan verməsin. Tapşırılan işlərin öhdəsindən lazımınca gəlmişdi.

1908-ci ildə Mirzə Əhməd xan Müşirəssəltənənin təşkil etdiyi kabinədə ticarət naziri vəzifəsini daşımışdı. Sonra Tehranın hakimi vəzifəsinə göndərilmişdi. Məşrutəçilər tərəfində Tehran fəth olunduqdan sonra təğyiri-libas olub qaçmışdı. Mazandaran-Bakı yolunda, Ləkən çayının kənarında tutulmuşdu.

1909-cu ildə inqilabi məhkəmənin hökmü ilə güllələnmişdi.

Mənbə

İstinadlar

Həmçinin bax

Xarici keçidlər