Mirzə Əhməd xan Müşirəssəltənə

Mirzə Əhməd xan Münşi Başı (6 iyul 1844, Amul, Mazandaran ostanı20 aprel 1918, İran) — Müşirəssəltənə ləqəbi ilə MəşrutəMəhəmmədəli şah Qacar dövrünün baş nazirlərindən idi, bu mövqeyi iki aydan uzun sürmədi. Ondan sonra baş nazir Nasirülmülk oldu.

Mirzə Əhməd xan Müşirəssəltənə
fars. احمد مشیرالسلطنه
bayraq
Müşirəssəltənə
Şəxsi məlumatlar
Doğum tarixi 6 iyul 1844(1844-07-06)
Doğum yeri
Vəfat tarixi 20 aprel 1918(1918-04-20) (73 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi, xəttat
Atası Mirzə Məhəmməd

Mirzə Əhməd xan Müşirəssəltənə, Mirzə Məhəmməd oğlu 1844-cü ildə Amulda dünyaya gəlmişdir. Atası Azərbaycanda zabit idi, və Mirzə Əhməd xanda orada dövlət xidmətinə girdi və Müzəffərəddin Mirzə vəliəhdin hakimiyyətində Azərbaycanın neçə şəhərinin hakimi və həmdə Azərbaycan hükumətinin nayibi oldu.1880-ci ildə kürd Şeyx Übeydulla Nəqşbəndinin fitnəsinin qaldırmasının zabiti oldu amma məğlub oldu və şah ona qəzəbləndi. Sonra Nasirəddin şah Qacar onu əfv etdi. Bir az müddət Gilanın hakimi oldu.Müzəffərəddin şah Qacar dövründə neçə yol xəzinə naziri oldu. Ondan qabaq Məhəmməd Vəli xan Nəsrəssəltənə(Məhəmməd Vəli xan Sipəhsalar) xəzinə naziri idi ki Əminəddövlə ilə ixtilafı olduğuna görə vəzifəsindən azad oldu. Əminəddövlə bu barədə öz Xatirələr kitabında belə yazır: "…Mirzə Əhməd xan Müşirəssəltənə ki cəhalətə məşhur idi və neçə il Təbrizdə Müzəffərəddin şahın şəxsi agenti(pişkarı)idi və kürd Şeyx Übeydulla Nəqşbəndinin fitnəsin ki təkrar deməyə ehtiyac yoxdur ki Azərbaycanı necə qarət etdi və fəlakətə saldı və Mirzə Hüseyn xan Sipəhsaların səyi ilə qaldırıldı, onun qabiliyyətsizliyindən bilirdilər və ona görə Nasirəddin şah Qacar yanında onu günalandırdılar amma sonra Müzəffərəddin şah Qacarın israrı ilə xəzinə naziri oldu."O, xəzinə nazirliyi vəzifəsində olan zaman sərt olmaqına görə bəzi xadimlər ondan kədərləndilər və şahın yanında onu pislədilər və buna görə 1905-ci ildə Xorasana sürgün oldu.Məşrutə İnqilabının qələbəsindən sonra əfv olundu və Tehrana qayıtdı. Məhəmmədəli şahın tac qoymqsından sonra Sultanəli xan Vəziri-Əfxəm kabinetində ədliyyə naziri oldu.[1]

Başnazirlik dövrü

[redaktə | mənbəni redaktə et]
  1. بامداد، مهدی؛ شرح حال رجال ایران، تهران، گلشن، چاپ سوم، 1362، ج1،صص101–100.(Bamdad Mehdi. "İran Xadimlərinin Tərcümeyi halları", Tehran, Gülşən nəşriyyatı, üçüncü çap, 1983, birinci cild, 100–101 səhifələri)