Əlisa Fərəcov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Əlisa Yusif oğlu Fərəcov (17 mart 1961, Ucar şəhərində, Azərbaycan SSR) — Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşı, istefada olan polkovnik-leytenant, 1-ci Qarabağ müharibəsininAzərbaycan təhlükəsizlik orqanlarının veteranı, "Alyans" Azərbaycan Xüsusi Xidmət Orqanlarının Veteranları İctimai Birliyinin üzvü.

nın 30-cu ildönümünə həsr olunmuş tədbirdə çıxış edərkən[1]]]

Həyat və fəaliyyəti

Təhsili

1984-cü ildə Voronej Dövlət Memarlıq-İnşaat Universitetini (rus. ВГАСУ — Воронежский государственный архитектурно-строительный университет), 1989-cu ildə isə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Ali kurslarını (rus. высшие курсы КГБ СССР в г. Тбилиси) bitirmişdir.

Fəaliyyəti

1989–2011-ci illərdə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (hazırkı Dövlət Təhlükəsizliyi Xidməti) müxtəlif ərazi strukturlarında xidmət etmiş, əməliyyat müvəkkilindən şöbə rəisinin müavini vəzifəsinədək yüksəlmişdir. 2011-ci ildə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin "b" bəndinə(yaşa görə) uyğun olaraq polkovnik-leytenant hərbi rütbəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılmışdır. 2015-ci ildən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində fəaliyyətini davam etdirir.

Ailəsi

Ailəlidir, 3 övladı və 1 nəvəsi vardır.

İstinadlar

  1. (#empty_citation)

Xarici keçidlər

[1] [2]

Təltifləri

1. "Qüsursuz xidmətə görə" medalın 1-ci dərəcəsi

2. "Qüsursuz xidmətə görə" medalın 2-ci dərəcəsi

3. "Qüsursuz xidmətə görə" medalın 3-cü dərəcəsi

4. "Azərbaycan Respublikası milli təhlükəsizlik orqanlarının 90 illiyi (1919–2009)" yubiley medalı

5. "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı

İstinadlar