"Qüsursuz xidmətə görə" medalı (Azərbaycan)

"Qüsursuz xidmətə görə" medalıAzərbaycanın dövlət təltifi (medal).

"Qüsursuz xidmətə görə" medalı
1-ci dərəcə
2-ci dərəcə
3-cü dərəcə

Ölkə Azərbaycan Azərbaycan
Tip medal
Təltif edir
Status təqdim olunur
Statistika
Təsis tarixi 17 may 2002
Ardıcıllıq
Yüksək mükafat "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)" yubiley medalı
Aşağı mükafat "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

Azərbaycan Prezidenti Heydər Əliyevin 17 may 2002-ci il tarixli Sərəncamına əsasən təsis edilən medaldır.[1]

Təsis edilməsi

[redaktə | mənbəni redaktə et]

2002-ci il mayın 17-də Azərbaycan Milli Məclisinə "Qüsursuz xidmətə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında Azərbaycanın Qanunu təqdim edildi.[2] Qanun layihəsinə əsasən medalın Əsasnaməsi və təsvirləri təsdiq olundu.

"Qüsursuz xidmətə görə" medalının Əsasnaməsi Azərbaycan Prezidenti Heydər Əliyevin 2002-ci il 17 may tarixli 330-IIQ nömrəli Qanunu ilə təsdiq edilib.

  • Maddə 1. "Qüsursuz xidmətə görə" medalı ilə Azərbaycan Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının 26-na qədər 10, 15 və 20 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər.
  • Maddə 2. "Qüsursuz xidmətə görə" medalının üç dərəcəsi vardır:
    • "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı — Silahlı Qüvvələrdə 20 təqvim ili xidmətə görə;
    • "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı — Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə;
    • "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı — Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə;
    • 1-ci dərəcəli medal ən ali dərəcədir.
  • Maddə 3. "Qüsursuz xidmətə görə" medalı döşün sol tərəfinə, Azərbaycanın digər orden və medalları olduqda "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi (1918–2008)" yubiley medalından sonra taxılır.

  • Maddə 1. "Qüsursuz xidmətə görə" medalı mərkəzində aypara və səkkizguşəli ulduz olan milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, dairəvi formalı və diametri 36 mm ölçülü lövhədən ibarətdir.
  • Maddə 2. Medalın ön tərəfində açılmış qartal qanadları fonunda çarpazlaşdırılmış tüfənglər və lövbər təsvir edilmişdir.
  • Maddə 3. Medalın yuxarısında milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz, aşağısında isə palıd yarpaqlarından çələnglər yerləşdirilmişdir.
  • Maddə 4. Medalın 3-cü dərəcəsi gümüşü rəngli, 2-ci dərəcəsi qızılı rəngli, 1-ci dərəcəsi qızılı rəngli, aypara ilə ulduz ağ, tüfənglər gümüşü, lövbər isə qara rəngdədir.
  • Maddə 5. Arxa tərəfi hamar səthlidir, medalın seriyası və nömrəsi qeyd olunmaqla, ortasında 1-ci dərəcəli medalda "20 İL QÜSURSUZ XİDMƏTƏ GÖRƏ", 2-ci dərəcəli medalda "15 İL QÜSURSUZ XİDMƏTƏ GÖRƏ", 3-cü dərəcəli medalda "10 İL QÜSURSUZ XİDMƏTƏ GÖRƏ" sözləri yazılmış və milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Çevrə boyunca yuxarıda "AZƏRBAYCAN RESPUBLİKASI", aşağıda isə "SİLAHLI QÜVVƏLƏRİ" sözləri həkk olunmuşdur.
  1. "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında Azərbaycanın 10 noyabr 1992-ci il tarixli 370 nömrəli Qanunu". www.e-qanun.az (az.)). 10.11.1992. 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.11.2020.
  2. "Azərbaycanın orden və medallarının təsis edilməsi haqqında Azərbaycanın 10 noyabr 1992-ci il tarixli 370 nömrəli Qanunu". www.e-qanun.az (az.)). 10.11.1992. 2020-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20.11.2020.