Əməkçilərin Müstəqil Federasiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Əməkçilərin Müstəqil Federasiyası (ing. Federation of Free Workers) — Filippinin ən böyük milli həmkarlar ittifaqları təşkilatlarından biri.[1] Mərkəzi ofisi Manila şəhərində yerləşir.

Tarixi

İlkin dövr

XX əsrin ortalarında Filippində hüquqlarının müdafiə olunmasına ehtiyac duyan bir qrup gənc idealist ölkənin əmək qanunvericiliyi əsasında öz hüquqlarını qorumaq üçün birləşir. Səbəbsiz işdən ixtisar olunma, əməkhaqqının yaşayış minimumuna cavab verməməsi, sosial təminatın mövcud olmaması, iş yerlərində ayrı-seçkiliyin hökm sürməsi işçiləri onları müdafiə edə biləcək bir qüvvənin yaradılmasına gətirib çıxardır. Nəticədə 19 iyun 1950-ci ildə Əməkçilərin Müstəqil Federasiyası fəaliyyətə başlayır. Qurumun ilk prezidenti vəzifəsinə Ramon Maqsaysay seçilir.[1]

Mövcud vəziyyəti

Hazırda ƏMF Filippinin ən iri təşkilatlarından biridir. Federasiya aparılan üçtərəfli danışıqlarda aktiv və aparıcı rol oynayır. Sosial və əmək dialoqlarının gedişində prinsipial mövqe tutur, ölkə həmkarlar ittifaqını milli, regional və beynəlxalq səviyyədə təmsil edir. Bundan əlavə, federasiya geniş iş şəbəkəsinə malikdir. Bu şəbəkə xüsusən ölkədə layiqli əməyin təmin edilməsi və müasir əmək standartlarının reallaşması məqsədi ilə yaradılıb.[1]

Federasiya sosial-demokrat hərəkatının da fəal iştirakçısıdır. Onu Filippində Milli Həmkarlar İttifaqları Mərkəzi kimi də tanıyırlar.[1]

Tərkibi

Ümumilikdə federasiyanın 200 min üzvü var. Təşkilat özündə həm formal, həm də qeyri-formal iqtisadiyyatın işçilərini cəmləşdirir. Qurum bütün təşkilatlar üzrə 80 min kollektiv müqavilə bağlayıb. Bu müqavilələr əsasən bank, təhsil ocaqları, əczaçılıqla məşğul olan şirkətlər, avtomobil sənayesinin işçilərini əhatə edir.[1]

Xarici əlaqələri

Federasiya Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür.[1] Həmçinin, Beynəlxalq Əmək Təşkilatının layihələrində də yaxından iştirak edir.[1]

Rəhbəri

Federasiyanın hazırkı prezidenti Joze Soni Matuladır.[1]

Ədəbiyyat

  • International Centre for Trade Union Rights et al.,, redaktorTrade Unions of the World (6th). London, UK: John Harper Publishing. 2005. ISBN 0-9543811-5-7.

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 Afaq. Filippin Həmkarlar İttifaqları Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine. "Ülfət" qəzeti, 11.01.2013.  (az.)

Xarici keçidlər

  • ffw.org.ph — Əməkçilərin Müstəqil Federasiyasının rəsmi saytı