Əmanət Abbasova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əmanət Abbasova
Doğum tarixi
Doğum yeri Nuxa rayonu, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi
Mükafatları
Azərbaycan SSR Dövlət mükafatı — 1976
"Qırmızı əmək bayrağı" ordeni

Əmanət Əsabəli qızı Abbasova — istehsal qabaqcılı, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı, Azərbaycan SSR Dövlət mükafatı lauretı (1976).

Həyatı

1953-cü ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycanlıdır. 1971-ci ildən Sov.İKP üzvü olmuşdur, orta təhsili var.

1967-ci ildən V. İ. Lenin adına Şəki İpək Müəssisələr Birliyinin toxuçusu olmuşdur.

Azərbaycan SSR Ali Soveti qanunverçilik mülahizələri komissiyasının üzvü olmuşdur.

Azərbaycan KP MK üzvlüyünə namizəd olmuşdur.

Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Şəki ikinci şəhər seçki dairəsi).

İstinadlar

  • Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.