Ənvər Bikçentayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ənvər Bikçentayev
başq. Әнүәр Һаҙый улы Бикчәнтәев
Doğum tarixi
Doğum yeri Ufa
Vəfat tarixi 5.18.1989
Vəfat yeri Ufa
Dəfn yeri
  • Ufa müsəlman qəbiristanlığı[d]
Vətəndaşlığı SSRİ SSRİ
Milliyyəti başqırd
Təhsili ali
Fəaliyyəti yazıçı, jurnalist, redaktor, tərcüməçi, ssenarist
Əsərlərinin dili rus dili, Başqırd dili
Mükafatları "Oktyabr inqilabı" ordeni "Qırmızı bayraq" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni 2-ci dərəcəli "Vətən müharibəsi" ordeni "Qırmızı ulduz" ordeni "Şərəf nişanı" ordeni
Merited Cultural Worker of the RSFSR
bikchentaev.ru

Ənvər Bikçentayev (tam adı: Ənvər Qadeyeviç Bikçentayev; başq. Әнүәр Һаҙый улы Бикчәнтәев; d. 4 oktyabr 1913, Ufa18 may 1989, Ufa) — başqırd sovet yazıçısı[1].

Həyatı

4 oktyabr 1913-cü ildə Ufada anadan olmuşdur. 1921-ci ildə ailəsi Orenburqa köçmüşdür[2].

1928-1931-ci illərdə Orenburqda pedaqoji texnikumda təhsil almışdır. Texnikumu bitirdikdən sonra Arxangelskə tatarlarla işləməyə göndərilmişdir. 1931-1932-ci illərdə tatar məktəbində direktor müavini olmuşdur.

1935-1936-cı illərdə Qızıl Orduda xidmət etmişdir.

1941-ci ildə Başqırdıstan Pedaqoji İnstitutunu, 1956-cı ildə isə Moskvadakı Ali ədəbiyyat kurslarını bitirmişdir[1].

1942-ci ildə Sovet İttifaqı Kommunist Partiyasına üzv kimi qəbul edilmişdir.

18 may 1989-cu ildə Ufada vəfat etmişdir.

Yaradıcılığı

Əsərləri 1933-cü ildən çap olunmağa başlamışdır[1].

Rus və başqırd dillərində yazmışdır[3].

"Qırmızı lalələr" (1944), "Rus əsgəri haqqında novellalar" (1946) hekayə toplularının müəllifidir; "Ölməzlik hüququ" (1950) povesti A.M. Matrosova həsr olunmuşdur. "Durnalar Uralda qalır" (1956), "Sənə cənnət vəd etmirəm" (1963) və s. sosial-psixoloji romanları, uşaqlar üçün əsərləri vardır. "Səfirin qızı" povesti Azərbaycan dilinə tərcümə olunmuşdur[1].

Mükafatları

İstinadlar

  1. 1 2 3 4 BİKÇENTAYEV Ənvər Qadeyeviç Arxivləşdirilib 2022-08-16 at the Wayback Machine. ensiklopediya.gov.az  (az.)
  2. Бикчентаев А. Г. Биографический очерк // Избранное / сост. Л. Г. Гималова. — Уфа: Китап, 2010. — С. 400. — 19 400 экз. — ISBN 978-5-295-04915-6.  (rus.)
  3. Сочинения: В 3 т. Уфа, 1983–84.
  4. Наградной лист Arxivləşdirilib 2010-04-14 at the Wayback Machine в электронном банке документов «Подвиг народа» (архивные материалы ЦАМО, ф. 33, оп. 690155, д. 2235, л. 33).
  5. Наградные документы Arxivləşdirilib 2010-04-14 at the Wayback Machine в электронном банке документов «Подвиг народа» (архивные материалы ЦАМО, ф. 33, оп. 690306, д. 3452, л. 2, 24).

Xarici keçidlər