Əriyən ada (film, 2013)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əriyən ada

Əriyən ada — Azərbaycan rejissoru Fariz Əhmədovun Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Azanfilm" studiyasında çəkdiyi sənədli film.[1]

Məzmun

Ekran əsərində hadisələr Neftçala rayonunun Kürdili kəndində cərəyan edir. Burada yaşayanlar müasir, rahat həyatdan bixəbər deyillər, istədikləri vaxt yaşam tərzlərini dəyişmək üçün buranı tərk edib gedə bilərlər, lakin onlar buranı sevirlər. Onların gəncliyi, xatirələri bu yerlə bağlıdır və ona görə də həyatlarını əriyən ada ilə birgə əritməyə qərarlıdırlar.[1]

Haqqında

Film "Azanfilm" studiyasında çəkilib.[1]

Sənədli filmin ssenari müəllifi Esmira Əyyub, rejissoru Fariz Əhmədov, operatoru Rüfət Kərimov, bəstəkarı isə Rauf Əliyevdir.[1]

Festivallar

“Əriyən ada” filmi 2013-cü il sentyabrın 15-dən 22-dək Gürcüstanın Batumi şəhərində keçiriləcək “Batumi İnternational Art House Film Festival” (BIAFF-2013) kinofestivalında da iştirak edəcək.[1]

2013-cü ildə "Əriyən ada" sənədli filmi IX Kazan Beynəlxalq Müsəlman Kinosu Festivalının "Ən yaxşı qısametrajlı sənədli film" nominasiyasının qalibi olub.[1]

İstinadlar

  1. 1 2 3 4 5 6 "Azərbaycan filmi Kazan festivalının qalibi olub". anl.az (az.). Mədəniyyət. 13 sentyabr 2013. İstifadə tarixi: 29 aprel 2016.

Xarici keçidlər