Əyilmiş kladoniya

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əyilmiş kladoniya
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Yarımaləm:
Yarımşöbə:
Ranqsız:
Yarımsinif:
Dəstə:
Fəsilə:
Növ:
Əyilmiş kladoniya
Beynəlxalq elmi adı
  • Cladonia strepsilis

Əyilmiş kladoniya (lat. Cladonia strepsilis) — fungi aləminin ascomycota şöbəsinin lecanoromycetes sinfinin lecanorales dəstəsinin cladoniaceae fəsiləsinin cladonia cinsinə aid göbələk növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Nadir növdür.

Qısa morfoloji təsviri

Üfüqi tallomu diamteri 5–25 mm olan lövhəciklərdən ibarətdir. Lövhəciklərin üst səthi zeytuni –boz, alt tərəfi ağımtıldır. Sıx çim qatı əmələ gətirir. Podesiləri qısa, silindrik, hamar, uc hissəi qıf şəklində qalınlaşmışdır. Hündürlüyü 0,5-2,5 sm-dir. Podesilərin üzərində pulcuq formalı fillokladi çıxıntıları əmələ gəlir. Qəhvəyi rəngli apotesiləri podesiləri ucunda yerləşir. Tallom pulcuqları üzərində piknidilər yerləşir. Tallomun rəngi KOH əsirində dəyişmir, Ca (Clo)2 təsirində yaşı rəng alır, C6H4(NH2)2 təsirində saralır.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Yarpaq və pulcuq formalı talloma malikdir. Vegetativ çoxalması tallom hissələri, qeyri-cinsi çoxalması-piknokonidlər, cinsi çoxalması-sporlar, illik boy artımı 0,5-1 sm, quru daşlı yamaclarda, ot örtüyü pozulmuş boqır torpaqlarda bitir.

Yayılması

Talış (lerik, Velyaçula 1060 m., Xanagah, 1200 m kəndi ətrafında; Yardımlı, Kürəkçi, 1700 m., Odurakeran 1000 m.) Şəmkir rayonu (Çardağlı kəndinin ətrafı), Qəbələ rayonu (Savalan kəndi ətrafında, 750 m) quru daşlı yamaclarda, ot örtüyü pozulmuş bozqır torpaqlarda bitir.

Sayı və tendensiyası

Populyasiya az rast gəlinir.

Məhdudlaşdırıcı amillər

Bozqırların becərilməsi. Heyvanların sistemsiz otarılması və tapdalanmadır.

Mühafizə tədbirləri

Növün rast gəlmə yerini tam mühafizəyə almaq, populyasiyalar üzərində daimi nəzarət təşkil etmək, otarılmanın qarşısını almaq, yeni yayılma yerlərini axtarmaq lazımdır.

Faydalı xüsusiyətlər

Bitki örtüyünün genofondu baxımından əhəmiyyətlidir.

İstinadlar

Həmçinin bax