220 №-li otaq
220 №-li otaq | |
---|---|
Janr |
qısametrajlı dram |
Rejissor | Ruslan Hüseyni |
Prodüser | Pərviz Eldaroğlu |
Əsərin müəllifi | Yusif Səmədoğlu |
Ssenari müəllifi | H.V.İsmayıl |
Baş rollarda |
Amid Qasımov Oktay Mehdiyev Cəlal Qurbanoğlu Aynur Abbasova Ceyhun Cümşüdov Əlisurət Məmmədzadə Gülsabah Quliyeva Sona Babayeva Asif Rəhimov Firuzə Balayeva |
Operator | Faiq Əliyev |
Bəstəkar | Rəşad Həmidov |
İstehsalçı | İctimai televiziya(Carçı film) |
İlk baxış tarixi | 2010 |
Filmin növü | qısametrajlı bədii televiziya filmi |
Müddət | 39 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2010 |
Rəng | ağ-qara |
220 №-li otaq qısametrajlı bədii televiziya filmi rejissor Ruslan Hüseyni tərəfindən 2010-cu ildə ekranlaşdırılmışdır. Film İctimai televiziyada istehsal edilmişdir. Filmdə əsas rolları Amid Qasımov, Oktay Mehdiyev, Cəlal Qurbanoğlu və Aynur Abbasova ifa edirlər.
Məzmun
Tələbə Yusif (Amid Qasımov) Moskvada institutu bitirib vətənə qayıtmaq üzrədir. O, vidalaşmaq üçün 220 №-li otağa, köhnət tanışlarının yanına gəlir. Burada onlar arasında qəribə dialoq baş verir. Dialoqun əsas mövzusu vətəndən uzaq düşən bəzi azərbaycanlıların öz doğulub boya-başa çatdıqları yerləri bəyənməmələri, oraya yuxarıdan aşağı baxmalarıdır. Burada Yusifin timsalında heç də hamının belə olmadığı göstərilir. Və nəticədə Yusif Azərbaycan haqqında artıq-əskik danışan həmyerlilərinə tüpürüb otaqdan çıxır.
Film tamaşaçını harada yaşayırsa yaşasın öz vətəni barədə düşünməyə, onu unutmamağa səsləyir. Film bu ifadələrlə bitir: Onlar Moskvada, 220 №-li otaqda yaşayırlar! Tapın onları! Qorxmayın, tüpürün onların üzünə!
Film haqqında
- Film Yusif Səmədoğlunun "220 №-li otaq" hekayəsinin[1] motivləri əsasında çəkilib.
Filmin üzərində işləyənlər
Ssenarist: H. V. İsmayıl
Rejissor: Ruslan Hüseyni
Operator: Faiq Əliyev
Prodüser: Pərviz Eldaroğlu
Bəstəkar: Rəşad Həmidov
Rollarda
Amid Qasımov — Yusif
Oktay Mehdiyev
Cəlal Qurbanoğlu
Aynur Abbasova
Ceyhun Cümşüdov — qatardakı həmyerli
Əlisurət Məmmədzadə
Gülsabah Quliyeva
Sona Babayeva
Asif Rəhimov
Firuzə Balayeva
İstinadlar
- ↑ "Yusif Səmədoğlu – böyük nəsr ustası kimi". 2019-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-19.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
2010-cu ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı