| Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələr əlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz. |
Firuzə Mirzəağa qızı Balayeva (23 fevral 1980, Bakı) — azərbaycanlı aktrisa.
Firuzə Balayeva 1980-cı il 23 fevralda Bakı şəhərində dünyaya göz açmışdır. 1997-ci ildə orta məktəbi bitirmiş və elə həmin il Bakı Mədəni-Maarif texnikumuna daxil olmuşdur. 2000-ci ildə Kulturologiya və bədii yaradıcılıq fakültəsini bitirmişdir.[1] 2010–2015-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Teatr rejissoru" fakültəsi ixtisasına yiyələnmişdir.Ailəlidir bir övladı var.
2004-cü ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktrisa kimi işləməyə başlamışdır.[1] 2008-ci ildə teatrdan ayrılaraq "Azərbaycanfilm" kinostudiyasında filmlərdə rejissor assistenti kimi işləməyə başlamışdır.Çalışdığı müddətdə "Tanrıverdinin nağılı", "Ölüm novbəsi", "Niyyət", "Kabusun gözü ilə", "Mən evə qayıdıram" və s. filmlərdə işləmişdir.2009-2010-cu illərdə "İbrus" özəl teatrında rejissor assistenti vəzifəsində işləmişdir. 2016-cı ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında işə başlamışdır. [1]
- Mustafanın dostu — "Mustafa"[1]
- Uzunqulaq — "Cənnətin üç alması"
- Kəniz — "Ələddinin sehirli çırağı"
- Nabat — "Çimnaz xanım yuxudadır"
- Pişik — "Çəkməli pişik"
- Şeytan — "Güc birlikdədir"[1]
- 2 nağılçı — "Tıq-Tıq xanım"
- Qara əcinnə — "Pəri cadu"
- Yalıncıq — "3 qulağın nağılı"
- Emiliya; döyüşçü oğlan — "Zorro"[1]
- Keçi — "Kosanın qızı"
- ? — "Buzlar ölkəsində"
- Şərəbani ("Yaşar", Cəfər Cabbarlı)
- Luçiya ("Filumena Marturano,Eduardo De Filippe)
- Səkinə ("Dəli yığıncağı")
- Mangurt ("Mangurt" )
- Qulluqçu ("Ölülər ",C.Məmmədquluzadə)
- Qulluqçu ("Qarabağnamə",....)
- Xanım ("Anamın kitabı",.....)
- Qurbağa ("Buratino",....)
- Limon("Çipollino",....)
- Bəyim (Xurşud Banu Natəvan)
- Ögey bacı (Göyçək Fatma)
- Bıdı (Bir qalanın sirri)
- Nayman qadın (Əsrə bərabər gün.Aytmatov)
- Ana qaz (film, 2005) (qısametrajlı bədii televiziya filmi)
- 2 (film, 2009) (qısametrajlı bədii film) (rol: bacı)
- 220 №-li otaq (film, 2010) (qısametrajlı bədii televiziya filmi)
- Kabusun gözüylə (film, 2010) (tammetrajlı bədii film) (rol: aptekdə satıcı)
- Niyyət (film, 2010) (tammetrajlı bədii film)
- Aramızda qalsın (film, 2011-2013) (bədii serial)
- Qayınana (film, 2011) (bədii serial) (rol: ana; falçı)
- 3 bacı (film, 2012-2014) (bədii serial) (rol: Fira)
- Həyat varsa… (serial, 2012-2014) (bədii serial)
- Bir ovuc torpaq (teleserial, 2013) (bədii serial) (rol: qaçqın qadın)
- Çaqqal nəfəsi (film, 2013) (bədii serial) (rol: məhbus qadın)
- Həyat sən nə qəribəsən (teleserial, 2013) (rol: Qumru)
- Ləkə (teleserial, 2013) (bədii serial) (rol: bağça müdirəsi)
- Qisas (teleserial, 2014) (bədii serial) (rol: qonşu)
- Açar (film) (qısametrajlı bədii televiziya filmi)
- Niyə (komediya serialı) Rəxşəndə
- Komedixana (yumoristik veriliş2019-2022)
- Toy əhvalatı (komediya serialı) klarnet ifacisi.
- Şirin xəyallar (dram) həbsxana gözətçisi.
- Kadrlar şöbəsi (komediya serialı)
21 Sevir sevmir?(serial-Bibi)
22 Evdə qalmış (bibi)
23 Sevginin ünvanı (ögey ana)
24 Zarafatyana yumoristik veriliş (2023)
25 Şirin serialı (Mirvari)2024