Ağımtıl şibyəyeyən

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ağımtıl şibyəyeyən
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Ağımtıl şibyəyeyən
Beynəlxalq elmi adı

Ağımtıl şibyəyeyən (lat. Eilema caniola) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ.

Xarici quruluşu

Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 15–17 mm-dir. Ön qanadları açıq-sarı, ön kənarı ensiz sarı rənglə haşiyələnmişdir. Onun arxa kənarı isə sarı rəngdədir. Arxa qanadı isə daha açıqdır. Başı sarı, bədəni açıq boz, qarıncığın qurtaracağı isə sarıdır.

Tırtılı qırmızımtıl qonur rəngdədir, üzəri qısa tüklərlə örtülüdür, iki qırmızımtıl yan xətti və bir qara bel xətti vardır.

Həyat tərzi

Tırtılı ağac və divar üzərindəki şibyələrlə qidalanır. Kəpənəyi əsasən iyun, iyul və sentyabr aylarında uçur. İldə bir nəsil verir. Tırtıl mərhələsində bitki qalıqları arasında qışlayır.

Yayılması

Azərbaycanda dağ-səhra, dağətəyi və subtropik iqlimli düzənliklərdə yayılmışdır. Kəpənəyi Lənkəranda, Lerikin Kosmolyan kəndində, Lənkaranın Alekseyevka kəndində tapılmışdır.

Ədəbiyyat

  • S.Ə.Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (dissertasiya). Bakı: 2005.