Ağımtıl şibyəyeyən

Ağımtıl şibyəyeyən (lat. Eilema caniola) — buğumayaqlılar tipinin pulcuqqanadlılar dəstəsinin ayıcalar fəsiləsinə aid olan nadir növ.

Ağımtıl şibyəyeyən
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Ağımtıl şibyəyeyən
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Kəpənəyi kiçikdir. Qanadları açılmış halda 15–17 mm-dir. Ön qanadları açıq-sarı, ön kənarı ensiz sarı rənglə haşiyələnmişdir. Onun arxa kənarı isə sarı rəngdədir. Arxa qanadı isə daha açıqdır. Başı sarı, bədəni açıq boz, qarıncığın qurtaracağı isə sarıdır.

Tırtılı qırmızımtıl qonur rəngdədir, üzəri qısa tüklərlə örtülüdür, iki qırmızımtıl yan xətti və bir qara bel xətti vardır.

Tırtılı ağac və divar üzərindəki şibyələrlə qidalanır. Kəpənəyi əsasən iyun, iyul və sentyabr aylarında uçur. İldə bir nəsil verir. Tırtıl mərhələsində bitki qalıqları arasında qışlayır.

Azərbaycanda dağ-səhra, dağətəyi və subtropik iqlimli düzənliklərdə yayılmışdır. Kəpənəyi Lənkəranda, Lerikin Kosmolyan kəndində, Lənkəranın Alekseyevka kəndində tapılmışdır.

  • S.Ə.Hacıyeva. Azərbaycanın ayıca (Lepidoptera, Arctiidae) kəpənəkləri (dissertasiya). Bakı: 2005.