Ağımtıl böyürtkən

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ağımtıl böyürtkən
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ağımtıl böyürtkən (lat. Rubus candicans) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin moruq cinsinə aid bitki növü.

Təbii yayılması

Yunanıstanda yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 2 m-dək çatır. Gövdələri boz, budaqları yaşılımtıl, tikanlıdır. Yarpaqların kənarları iti, ürəkvari və ya silindirik olub, üzəri çatlı, sadə və ya mürəkkəb olub yarpaqaltılıqdır. Yarpaqları üstdən çılpaq, qarşı-qarşıya olub, bir saplaqda 3 yarpaq yerləşir ki, onlardan biri zoğun kənarında yerləşir. Yarpaq ayasının kənarları tikanlı olub, ucu bizdir. Çiçəkləri iki bəzən birevlidir, kasayarpaqcıq və ləçəkləri 5 (6-8)-dir, erkəkcik və yumurtalığı çoxdur. Çiçəkləmə may-iyun aylarında, meyvə əmələ gətirmə iyul-avqust aylarına təsadüf edilir. Meyvəsi giləmeyvədir, yığma olub qaidədən bitişikdir. Meyvələri əvvəlcə yaşıl tam yetişdikdə tünd bənövşəyi və ya qara rəngdə olur. Toxumları dəyirmi-üçbucaq, azca yastı yumurtavaridir. İllik zoğları çılpaq və ya seyrək tükcüklü, iynələri çox vaxt düzdür.

Ekologiyası

Meşədə, çəmənliklərdə, kolların arasında, dağ yamaclarında, çay sahillərində bitir. Yüngül qumluca, orta gillicə, ağır, drenajlı torpaqlara üstünlük verir. Yarımkölgədə və ya kölgəsiz yerdə bitə bilər. Turşuluq, neytral və qələvili torpaqlarda bitir.

Azərbaycanda yayılması

Böyük və Kiçik Qafqaz, Talış dağlarında təbii halda, Abşeronda, Sumqayıtda gilli, qayalı ərazilərdə rast gəlinir.

İstifadəsi

Meyvələri yeməlidir və onlardan boyaq alınır.

İstinadlar

  1. The Plant List (ing.). 2010.

Həmçinin bax