Ağımtıl buxurkolu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ağımtıl buxurkolu
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ağımtıl buxurkolu (lat. Cistus albidus) — bitkilər aləminin əməköməciçiçəklilər dəstəsinin buxurkolukimilər fəsiləsinin buxurkolu cinsinə aid bitki növü.

Təbii yayılması

Aralıq dənizi ölkələrində rast gəlinir.

Botaniki təsviri

Uzunsov və ya oval-lansetvarı, bozumtul-ağ, möhkəm tükcüklərlə örtülmüş koldur. Çəhrayı, 5 ləçəkli, iri çiçəkləri budaqların uclarında kiçik qruplara yığılmışdır. Maydan iyuna qədər çiçəkləyir. Çiçəkləri çoxləçəkli olmayan qızılgülə bənzəyir, ləçəklərin bünövrəsində çox vaxt qırmızı və ya bənövşəyi xallar olur. Çiçəkləri uzunömürlü deyil, səhər onların kağıza bənzər ləçəkləri açılır, axşam tökülür, solmuş çiçəklərin yerinə iyunun əvvəlindən avqustun ortalarınadək yeni qönçələr əmələ gəlir.

Ekologiyası

Buxurkolu əlverişli olmayan şəraitdə qeyri münbit, qumlu və əhəngli torpaqda, dəniz sahilində bitir. Kölgə və şaxtalar ona pis təsir göstərir.

Azərbaycanda yayılması

Abşeronda park və bağçalarda, bəzi şəxsi həyətyanı sahələrdə rast gəlinir.

İstifadəsi

Bitki aromoterapiyada, içkilərin, qənnadı məmulatlarının hazırlanmasında, ekstraktı qankəsici kimi, saçların bərkidilməsində, dəri xəstəliklərində istifadə edilir.

İstinadlar

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 524.

Həmçinin bax