Ağ zoğal

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ağ zoğal
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ağ zoğal (lat. Cornus alba) — bitkilər aləminin zoğalçiçəklilər dəstəsinin zoğalkimilər fəsiləsinin zoğal cinsinə aid bitki növü.

Təbii yayılması

Təbabətdə yabanı halda Rusiyada, Yaponiyada, Çin və Koreyada çayların kənrlarında, kolluqlarda yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 2–3 m-ə çatan, yarpağıtökülən dekorativ koldur. Budaqları nazik, elastik, əsasən al-qırmızı, qara-qırmızı, qırmızı-qonurdur. Cavan zoğları çox vaxt göyümtül tükcüklərlə örtülmüşdür. Yarpaqları tünd-yaşıl, alt tərəfi göyümtül-ağ, enli-yumurtavarı, bir az qırışlıdır, uzunluğu 1–2 sm-ə qədərdir. 2–3 yaşında çiçəkləməyə və meyvə verməyə başlayır. Yayın birinci yarısında bol çiçəkləyir. çiçəkləri xırda, ağ, kiçik qalxanşəkilli hamaşçiçəklərə yığılmışdır. Meyvələri payızda yetişir. Toxumla, kök zoğları, qələmlərlə asanlıqla çoxalır.

Ekologiyası

Soyuğa, istiyə, kölgəyədavamlıdır, torpağa tələbkar deyil, çox möhkəm və bərk oduncağına görə "buynuz" adlanır. Xüsusilə qulluq tələb etmir.

Azərbaycanda yayılması

Mərkəzi Nəbatat Bağında introduksiya edilmişdir.

İstifadəsi

Canlı çəpərlərdə tək və qruplarla əkilmək üçün istifadə edilir. Dekorativ yarpaqları yayda ağımtıl-göy rəngli, payızda qırmızı-bənövşəyi və ya tünd-bənövşəyi rəngdə olur.

İstinadlar

Həmçinin bax