Ağa Hüseynov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ağa Hüseynov
Doğum tarixi 1962
Doğum yeri
Fəaliyyəti rəssam

Ağa Hüseynov- azərbaycanlı rəssam.

Həyatı

Ağa Hüseynov 1962-ci ildə Bakıda anadan olmuşdur. 1986-cı ildə V.İ.Surikov adına Moskva Rəngkarlıq və Heykəltaraşlıq İnstitutunda təhsil almışdır. 1992-ci ildən etibarən Nyu-Yorkda yaşayır.

Fəaliyyəti

Ağa Hüseynov 2005-ci ildə Nyu-Yorkda “Kağız üzərində iş”, “Palçıq”, “Böyük tur”, İtaliyada “Bəzi Kağızlar” sərgisi keçirilmişdir. b2008-ci ildə Nyu-Yorkda MC Qalereyasında “Alternativ Uçuş Metodları” fərdi sərgisi, Almaniyada “Zamanın addımları” sərgisi, Bakıda Müasir İncəsənət Mərkəzində “SSRİ-Remiks” sərgisi keçirilmişdir. 2009-cu ildə Nyu-Yorkda “Gallery MC” salonunda “Böyük Tur”, “Uçuşun Alternativ Metodları” sərgiləri, Bakıda “Alüminium” IV Beynəlxalq Müasir İncəsənət Biennalında iştirak etmişdir. 2010-cu ildə Nyu-Yorkda Xristofer Qalereyasında, Moskva Beynəlxalq Sərgi Salonunda “Kağız üzərində iş”, Bakı Müasir İncəsənət Muzeyində və Böyük Britaniyanın Ober Qalereyasında “Uçuşun müşahidəçiləri” adlı sərgiləri keçirilmişdir.

Mənbə

Xaricdə yaşayan azərbaycanlı rəssamların kataloqu. Bakı, "Adventa", 2011.316 səh.