Moskva

Moskva (rus. Москва) — Rusiya Federasiyasının paytaxtı, ölkəsinin federal əhəmiyyətli şəhəri, Mərkəz Federal Dairəsinin inzibati mərkəzi və Moskva vilayətinin (tərkibinə aid olmasa da) mərkəzi.[4] (2019) əhalisi ilə bu göstəriciyə görə Rusiyanın ən böyük şəhəri və subyektidir. Ərazisi bütövlüklə Avropada yerləşən şəhərlər içərisində ən çox əhaliyə maikdir, əhalisinin sayına görə dünya şəhərlərin onluğuna daxildir,[5] dünyanın ən böyük rusdilli şəhəridir.

Paytaxt
Moskva
Москва
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]
55°45′21″ şm. e. 37°37′04″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub bilinmir[1]
İlk məlumat 4 aprel 1147[2][1]
Sahəsi
  • 2.562 ± 1 km²
Mərkəzin hündürlüyü 156 m
İqlimi Kontinental iqlim[d]
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 13.010.112 nəf. (1 oktyabr 2021)[3]
Rəsmi dili
Rəqəmsal identifikatorlar
Telefon kodu 495, 499
Poçt indeksi 101001–135999
Nəqliyyat kodu 77, 97, 99, 177, 197, 199, 777, 799
Digər
mos.ru
Moskva xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Müasir Azərbaycan dilində işlənən Moskva sözü ruscada işlənən eyni tələffüzlü alınmadır. Şəhər Moskva çayının adına qoyulub. Tarixi Azərbaycan mənbələrində isə Məsko[6], Məskov[7][8] (az-əbcəd. مسکو‎)[9], Mosqov (az-əbcəd. مسقو‎), Mosqova (az-əbcəd. موسقوا‎)[10][11][12] şəkillərində qeyd olunmuşdur.

Böyük Moskva knyazlığı, Çar Rusiyası, Rusiya imperiyası (1728–1730-cu illərdə), RSFSRSSRİ-nin paytaxtı olmuşdur. II Dünya müharibəsi dönəmində hərbi əməliyyatlarda fərqləndiyinə görə Qəhrəman şəhər statusunu almışdır.

Şərqi Avropa düzənliyində, OkaVolqa çayları arasında yerləşir. Rusiya Federasiyasının subyekti kimi MoskvaKaluqa vilayətləri ilə həmsərhəddir.

Moskva Rusiyanın məşhur turizm mərkəzidir. Burada yerləşən Kreml, Qırmızı meydan, Novodeviçi monastırı UNESCO Ümumdünya irsi siyahsına əlavə edilib.[13] Şəhər mühüm nəqliyyat qovşağı sayılır, burada 6 aeroportl, 9 dəmir yolu vağzalları və 3 çay limanı var. 1935-ci ildən Moskvada metropoliten fəaliyyət göstərir. Moskva həmçinin ölkənin idman mərkəzi sayılır. 1980-ci ildə burada XXII Yay Olimpiya Oyunları, 2018-ci ildə isə futbol üzrə dünya çempionatı keçirilən şəhərlərdən biri olub.

Görməli yerlər

[redaktə | mənbəni redaktə et]

Moskvanın görməli yerlərindən ən birincisi bütün Rusiyanın simvolu sayılan Moskva Kremlidir. Tarixi mənbələrdə ilk dəfə 1156-cı ildə adı çəkilən Kreml şəhərin mərkəzində Borovitsk təpəliyində yerləşir. Vasili Blajennı kilsəsi Moskvanın ən möhtəşəm qədim memarlıq abidələrindən sayılır. Hələ XVI əsrdə səyahətçiləri heyrətə gətirən bu kilsə ruslar üçün milli xarakterin və vətən tarixinin simvoluna çevrilib. Moskvanın cənub-qərbində yerləşən Novodeviçi adlanan qadın monastrı XVI–XVII əsrdə yaranıb.

UNESCO tərəfindən dünyanın mədəni sərvətləri siyahısına salınan monastır Rusiyanın ən gözəl memarlıq abidəsi sayılır. Şəhərin mərkəzi meydanı olan Qızıl meydan Kremlin şərq divarının qarşısında yerləşir. Bu meydan yüz illər boyu Rusiyanın tarixində baş verən ən önəmli hadisələrə şahidlik edib. Xrista Spasitel məbədi 1812-ci ildə Napoleon üzərində qələbənin şərəfinə rus çarı I Aleksandrın əmri ilə tikilib. Arbat Moskvanın ən məşhur küçəsidir. 1993-cü ildə bu küçə 500 illiyini qeyd etdi. Burada Puşkinin, Lermontovun ev-muzeyləri yerləşir.[14]

Rəsmi rəmzləri

[redaktə | mənbəni redaktə et]

Moskvanın gerbi, bayrağı və himni şəhərin rəsmən təsdiqlənmiş rəmzləridir.

Moskvanın gerbi və bayrağı tünd-qırmızı heraldik qalxan və üzərində qara ilanı vuran Müqəddəs Georginin təsvir olunduğu düzbucaqlı taydan ibarətdir.[15]

Qardaşlaşmış şəhərlər

[redaktə | mənbəni redaktə et]

Moskvanın çoxlu qardaşlaşmış şəhərləri var. Onların böyük hissəsi XX əsrin 90-cı illərində yaranıb.

BerlinBuenos-Ayres Moskva ilə ilk qardaşlaşmış şəhərlərdir.

Moskva Beynəlxalq Biznes Mərkəzi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 http://dlib.rsl.ru/viewer/01003543120#?page=23.
  2. Hypatian Codex (qəd.-slav.). 1500.
  3. https://www.citypopulation.de/en/russia/cities/.
  4. "Оценка численности населения на 1 января 2019 г. и в среднем за 2018 г." 2021-05-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-04-03.
  5. World: largest cities and towns and statistics of their population Arxivləşdirilib 2012-04-23 at the Wayback Machineworld-gazetteer.com (2010)
  6. https://kayzen.az/tag/Derjavin/ Teymur şəhi-ləngə olub tabeyi-fərman Xan Toxtamışı eylədik al qanına qəltan. Ta oldu Qızıl Ordaların dövləti talan, Məsko şəhinə faidəbəxş oldu bu meydan. Əlyövm uruslaşmaq ilə zişərəfiz biz. Öz qövmimizin başına əngəl kələfiz biz. (M.Ə. Sabir. «Fəxriyyə » şeirindən)
  7. https://www.anl.az/down/meqale/adalet/2018/iyun/594292.htm Arxivləşdirilib 2024-03-09 at the Wayback Machine Tarix M.Ə.Rəsulzadənin haqlı olduğunu bir daha sübut etdi. 18 oktyabr 1991-ci il Azərbaycan tarixinə milli müstəqillik günü kimi daxil oldu. Milli müstəqilliyimiz sözümüzün və ədəbiyyatımızın bir daha "Məskov əsarətindən" qurtarmasına səbəb oldu. Əlbəttə ki, bir məqalədə ədəbiyyatımızın azadlıq və istiqlal ruhunu yaşadan bütün müəllifləri əhatə etmək mümkün deyildir. Ancaq bir şey həqiqətdir ki, azadlıq və istiqlal ədəbiyyatındakı ruh bu gün də davam etməkdədir.
  8. http://www.azyb.az/admin/media/files/1656410063-jurnal05_Layout%201%20(1)%202022.pdf Arxivləşdirilib 2022-12-07 at the Wayback Machine …Teymur şəhi-ləngə olub tabeyi-fərman, Xan Toxtamışı eylədik al qanına qəltan, Ta oldu Qızıl Ordaların dövləti viran, Məskov şəhinə faidəbəxş oldu bu meydan, Әlyövm uruslaşmaq ilə zişərəfiz biz! Öz dinimizin başına əngəlkələfiz biz!v
  9. Sultan-Məcid Qənizadə, Rus dilinin dilmancı, Bakı, 1895 (s.140)
  10. http://web2.anl.az:81/read/page.php?bibid=132833&pno=2http://web2.anl.az:81/read/page.php?bibid=132833&pno=2 Arxivləşdirilib 2024-03-01 at the Wayback Machine Müharibə haqqında Əhməd bəy Salikovun məruzəsi [Mətn]: 1917-ci ilin mayında Moskvada qurulan ümummüsəlman qurultayında oxunmuşdur /Ə.Salikov
  11. http://web2.anl.az:81/read/page.php?bibid=160214&pno=2 Arxivləşdirilib 2024-02-23 at the Wayback Machine İnqilabçı Məsləkdaş Birlikləri İnternasionalı ikinci beynəlmiləl konfransının qərarları [Mətn] : əvamir və müqərrəratı /mütərcimi: Lətif Səfa; naşiri: Qırmızı Məsləkdaş Birlikləri İnternasionalı
  12. http://web2.anl.az:81/read/page.php?bibid=141218&pno=3 Arxivləşdirilib 2024-02-23 at the Wayback Machine Kitabxana nədir və ümumən necə kitabxanalar olur[Mətn] /Ə. Ə. Seyidzadə; Azərbaycan İctimai Şura Cümhuriyyəti; Xalq Maarif Komissarlığı məktəbdən xaricdə təhsil və tərbiyə dairəsi
  13. Sİyahı Arxivləşdirilib 2012-01-19 at the Wayback Machine Ümumdünya irsi
  14. "Moskva – dünyanın ən bahalı şəhərlərindən biri". 2010-10-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-12-12.
  15. Закон города Москвы "О гербе города Москвы" Arxivləşdirilib 2010-12-09 at the Wayback Machine. Правительство Москвы. Архивировано 21 avqust 2011-ci il.