Aşıq Dərya Məhəmməd

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aşıq Dərya Məhəmməd
Məhəmməd Rəhim oğlu Qocayev
Doğum tarixi
Doğum yeri İkinci Şıxlı, Qazax rayonu
Vəfat tarixi

Aşıq Dərya Məhəmməd (1905, Qazax15 iyun 1984) — Azərbaycan aşıqı.[1]

Həyatı

Məhəmməd Rəhim oğlu Qocayev 1905-ci ildə Qazax mahalının İkinci Şıxlı kəndində anadan olmuşdur. Ustadları Aşıq Canallı Məmmədin şəyirdi Aşıq Səməd (1928) və Sadıq Sultanov (1929-cu ildən) olmuşdur.

On üç yaşı olarkən atası erməni quldurları tərəfindən qətlə yetirilmişdir. Kənddəki molla məktəbində ibtidai təhsil aldıqdan sonra Qori Müəllimlər Seminariyasında təhsilini davam etdirmişdir. 1928-ci ildən aşıqlıq sənətinə başlamışdır. İstedadına, coşğulu ifasına görə ustadı ona "Dərya" təxəllüsü vermişdir.[2]

Aşıq Səməd 1928-ci ildə İkinci Şıxlıdan köçdüyündən Aşıq Məhəmməd sənətini yarımçıq qoyub. 1929-cu ildən Aşıq Məhəmməd Tiflisdə məşhur aşıq Sadıq Sultanova şəyirdlik edib. 1930-cu illərin əvvəllərindən müstəqil aşıqlığa başlayıb.[3]

Aşıq Əmrah və Hüseyn Saraclı ən yaxın dostları olmuşdur.[4]

Aşıq Məhəmməd 1984-cü il iyunun 15-də vəfat etmişdir.

İstinadlar

  1. Azərbaycan Aşıqlar Birliyi. "Ustad nəfəsli saz-söz ərməğanı" (PDF) (az.). “Zərdabi Nəşr” MMC nəşriyyatı. 2020. Archived from the original on 2023-06-16. İstifadə tarixi: 17 iyun 2023.
  2. . [1] Arxivləşdirilib 2017-06-12 at the Wayback Machine Səbinə Yusif/Analoq.az/Dərya Məhəmmədin dəyərli şəyirdi
  3. . Musiqi Dünyası, 2015"[2] Arxivləşdirilib 2020-07-03 at the Wayback Machine enene.musigi-dunya.az/Aşıq sənəti simalarda  (az.)
  4. . [3] Arxivləşdirilib 2023-07-01 at the Wayback Machine Savalan Fərəcov/medeniyyet.az/Yaxşılara var sözüm  (az.)