Aalto-1

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aalto-1
Xüsusiyyətləri
Buraxılma tarixi 23 iyun 2017[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

"Aalto-1"Finlandiyanın ilk peyki.[2]

Çəkisi 4 kiloqram təşkil edən bu peyk 2010-cu ildən Aalto Universitetinin 80 tələbəsi və gənc alimi tərəfindən yığılıb.[2]

Aparatın buraxılışına dair saziş Niderlandın "Innovative Solutions in Space" şirkəti ilə Finlandiyanın Aalto Universiteti arasında 2015-ci ilin aprel ayında imzalanıb. Həmin sazişə görə "Falcon 9" raketdaşıyıcısı orbitə "Aalto-1" ilə birlikdə daha bir neçə nanopeyk çıxaracaq.[2] Onların Yer üzərindən 600 km hündürlüyə qaldırılacağı nəzərdə tutulur.[2]

"Aalto-1" peykinin 2015-ci ilin sonunda kosmosa göndərilməsi planlaşdırılır.[2] Finlandiya hökuməti tərəfindən peykdən növbəti 5 ildə radioyayımın həyata keçirilməsinə icazə verilib.[2]

Həmçinin bax

İstinadlar

  1. McDowell J. Jonathan's Space Report. 1989.
  2. 1 2 3 4 5 6 Aalto Universiteti Finlandiyanın ilk peykinin buraxılmasına dair saziş imzalayıb Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. mincom.gov.az, 21.04.2015  (az.)