Aalto Universiteti

Aalto UniversitetiFinlandiyanın Helsinki şəhərində fəaliyyət göstərən ali təhsil müəssisəsi; Texnologiya və dizayn sahələri üzrə ixtisaslaşan müasir ali məktəblərdən biri.

Aalto Universiteti
Aalto-yliopisto[1]
Loqonun şəkli
Xəritə
60°11′10″ şm. e. 24°49′43″ ş. u.HGYO
Əsası qoyulub 2010
Tip dövlət ali məktəbi
Tələbə sayı 12.000[2]
Ölkə
Ünvan Finlandiya, Helsinki şəhəri
Sayt aalto.fi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Aalto Universitetinin əsası 2010-cu ildə qoyulub. Ali məktəb Helsinkinin 3 ali təhsil ocağının — Texnologiya Universiteti, İqtisadiyyat Məktəbi, İncəsənət və Dizayn Universitetinin birləşdirilməsi nəticəsində yaranıb. Yeni ali təhsil müəssisəsi finlandiyalı memar və dizayner, Şimali Avropada "modernizmin atası", müasir dizaynın banilərindən biri Alvar Aaltonun şərəfinə adlandırılıb. Üç universitet ittifaqı fənlərarası elmi araşdırmalar üçün yeni imkanlar açıb. Aalto Universiteti özündə təhsilə müasir yanaşmaları və qabaqcıl texnologiyaları əhatə edir.

Bir qayda olaraq, ali təhsil müəssiəsinin tədris mərkəzləri, elmi tədqiqat institutları, tələbə yataqxanaları, kitabxana, auditoriyalar və yemək otaqlarının daxil olduğu tələbə şəhərcikləri Helsiki, Espo, Lahti, Mikkeli, Pori və Vaasada yerləşir.

Ali məktəb kampusları gediş-gəlişin rahatlığı baxımından müntəzəm fəaliyyət göstərən nəqliyyat vasitələri ilə təmin olunub. Burada tələbələrin təhsili və istirahəti üçün çox gözəl infrastruktur yaradılıb. Kampuslarda yüksək standartlara cavab verən kitabxanalar, kompüter və idman zalları fəaliyyət göstərir. Kampus daxilində yüksək surətli simsiz internet də var. Bu da tələbələrə öz noutbukları ilə açıq havada rahat işləməyə imkan yaradır.

Eyni zamanda ali məktəbdə idmana geniş yer ayrılır. Burada idmanın bütün növləri ilə məşğul olan 30-dan çox komanda qeydə alınıb. Yerli və əcnəbi idmançı tələbələr üçün universitetdə 20-yə yaxın təqaüd proqramı mövcuddur. İdmanın fitnes, üzgüçülük, aerobika, kriket, futbol, reqbi, otüstü hokkey və s. növlərinə tələbələr daha çox meyil göstərirlər. Universitetin kampuslarında gənclərin idmanla məşğul olmaları üçün yüksək şəraitli stadionlar, idman zalları və hovuzlar quraşdırılıb.

Universitet şəhərciklərində yaradılmış şərait tələbələrə daha da yaxşı və səylə oxumağa həvəs yaradır. Ümumiyyətlə Finlandiyada universitetlər arasında istər təhsilin səviyyəsinə görə, istərsə də kampus daxilində yaradılan şəraitə görə yüksək rəqabət var.

Finlandiyanın digər ali məktəblərində olduğu kimi Aalto Universitetində də tələbələrə bir sıra maliyyə yardımları da verilir. Belə yardımlar tələbənin təhsilində davamlı geriləmələr və müvəffəqiyyətsizlik olduqda ləğv edilə bilər. Yardımın miqdarı, adətən, o qədər də çox olmur. Buna görə də tələbələrin əksər hissəsi özlərini maliyyələşdirmək üçün işləyirlər. Finlandiyada tələbələr həmçinin dövlət təminatlı tələbə borclarından da yararlana bilərlər.

Əcnəbi tələbələrin təhsili, adətən onları göndərən ölkə tərəfindən maliyyələşdirilir. Təhsil almaq məqsədi ilə gələn əcnəbilərin bu ölkədə daimi yaşayış hüququ varsa, onların təhsili Finlandiyanın tələbələrə maliyyə yardımı proqramı çərçivəsində maliyyələşdirilə bilər.

Tədris istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Aaalto Universiteti 3 əsas istiqamət üzrə fəaliyyət göstərir:

  • texnologiya;
  • iqtisadiyyat;
  • dizayn və memarlıq.

Ali təhsil müəssisəsinin Finlandiyada elm və texnika sahəsində lider olaraq, təhsil sahəsində beynəlxalq səviyyədə keçirilən tədqiqat işlərində mühüm rol oynayır. Qısa zaman ərzində regional və beynəlxalq səviyyədə şöhrət qazanan ali məktəb elmi-texniki nailiyyətlərin mərkəzi kimi qəbul edilir. Dünyanın müxtəlif ölkələrindən olan partnyorları ilə birlikdə universitetin Texnologiya Məktəbi mübadilə və təcrübə üçün çox gözəl imkanlar yaratmaqla yanaşı ingilis dilində həyata keçirilən magistr dərəcəsi üzrə 30-dan çox təhsil proqramı təqdim edir.

Aalto Universitetinin İqtisadiyyat Məktəbi (keçmiş Helsinki İqtisadiyyat Məktəbi) Finlandiyanın ən böyük və aparıcı iqtisadi təhsil müəssisəsidir, eyni zamanda Avropanın ən yaxşı biznes məktəblərindən biridir. Məktəb tələbələrə yüksək səviyyəli elmi araşdırmalara və nüfuzlu şirkətlərlə sıx münasibətlər təcrübəsinə əsaslanan, real işgüzar həyatın təcrübəsi ilə nəzəri təlimin geniş proqramını uyğunlaşdıran müasir təhsil verir.

Burada iqtisadiyyat və işgüzar inzibatçılıq səhələri üzrə bakalavr, magistr, və doktorluq dərəcələrinə yiyələnmək mümkündür. Beynəlxalq biznes sahəsində bakalavr dərəcəsini yalnız Mikkeli kampusunda almaq olar.

İqtisadiyyat Məktəbi AACSB (ing. Association to Advance Collegiate Schools of Business) assosiasiyasının akkreditasiyasını alıb. Məktəb həmçinin Avropa EQUIS assosiasiyasının və MBA təşkilatının sertifikatlarını əldə edib. "Üç qat tac" adlandırılan bu üç akkreditasiyanın alınması İqtisadiyyat Məktəbini dünyanın ən yaxşı təhsil mərkəzləri sırasına daxil edilib.

İncəsənət, dizayn və memarlıq İnstitutu dizayn, audiovizual kommunikasiya, rəssamlıq təhsili, incəsənət və arxitektura istiqamətləri üzrə ixtisaslaşıb. İnstitut beynəlxalq səviyyədə, o cümlədən Şimali Avropa ölkələri üzrə incəsənət və dizayn sahəsində yüksək təhsil təklif edən ən nüfuzlu tədris müəssisələrindən biridir.

Elmi-tədqiqat istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Aalto Universitetində həm tələbələrin praktiki təhsil bacarıqlarını inkişaf etdirmək, həm də çağdaş dünya elminin müxtəlif istiqamətləri üzrə araşdırmalar aparmaq üçün 4 tədqiqat departamenti fəaliyyət göstərir. İnformasiya-kommunikasiya texnologiyaları (İKT), biotexnologiya və kimya texnologiyaları, bankçılıq və maliyyə riski, özəl sektorun inkişafı, yeni texnologiyaların tətbiqi perspektivləri və s. universitetin tədqiqat istiqamətlərinə daxildir. Ali təhsil ocağında dinamik, yenilikləri izləyən, müasir problemlər üzrə araşdırma apara bilən akademik heyət çalışır. Universitet xarici universitetlərdə, şirkətlərdə və tədqiqat mərkəzlərində çalışan elm adamlarını ali məktəbə cəlb edir və onlar üçün lazımi şərait yaradır.

İKT şirkətləri ilə əməkdaşlıq

[redaktə | mənbəni redaktə et]

Aalto Universiteti dünyanın bir sıra aparıcı İKT şirkətləri ilə davamlı olaraq əməkdaşlıq edir. Belə ki, "AppCampus"un üçillik proqramı çərçivəsində, "Microsoft" və "Nokia" şirkətləri universitetdə "Windows" smartfonları, həmçinin Nokia telefonlarının başqa əməliyyat sistemləri ("Symbian" və s.) üçün mobil əlavələrin və xidmətlərin hazırlamasına sərmayə qoymağa başlayıb. Hər iki şirkət növbəti üç il ərzində sözügedən layihəyə doqquz milyon avro məbləğində sərmayə qoyacaq. AppCampus proqramına Aalto Universitetində 2012-ci ilin mayında start verilib. Dünyanın əksər ölkələrində minlərlə tələbə və sahibkardan təklif toplamaq proqramın əsas hədəfidir.

Bundan əlavə, Aalto Universiteti "Nokia Siemens Networks" şirkəti ilə birlikdə gələcək mobil rabitə şəbəkəsinin antennaları üçün yeni potensial dizaynın tədqiqinə başlayıb. Bu antennalar istifadəçilərə mobil qurğular vasitəsilə səs əlaqəsi və məlumatların ötürülməsi xidmətlərindən daha keyfiyyətli şəkildə yararlanmağa imkan verəcək.

Kosmik proqramları

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Aalto-1
"Aalto-1"

2010-cu ildən Aalto Universitetinin 80 tələbəsi və gənc alimi tərəfindən Finlandiyanın ilk peyki olan "Aalto-1" yığılmağa başlanmışdır.[4] Peykin 2015-ci ilin sonunda kosmosa göndərilməsi planlaşdırılır.[4]

"Academic Ranking of World Universities"dəki yeri:[5]
2003[6] 2004[7] 2005[8] 2006[9] 2007[10] 2008[11] 2009[12] 2010[13] 2011[14] 2012[15] 2013[16] 2014[17] 2015[18]
301–400 302–403 401–500 401–500 403–510 402–503 - 401–500 - - - 401–500 401–500
  1. 1 2 3 https://www.kiwi.fi/pages/viewpage.action?pageId=50169951.
  2. https://www.aalto.fi/en/people.
  3. 1 2 ArchINFORM (alm.). 1994.
  4. 1 2 Aalto Universiteti Finlandiyanın ilk peykinin buraxılmasına dair saziş imzalayıb Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. mincom.gov.az, 21.04.2015  (az.)
  5. "ARWU - Aalto University". Shanghai Ranking Consultancy. 2015. 2015-09-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 16 sentyabr 2015.
  6. "Academic Ranking of World Universities 2003". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
  7. "Academic Ranking of World Universities 2004". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
  8. "Academic Ranking of World Universities 2005". 2015-04-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
  9. "Academic Ranking of World Universities 2006". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
  10. "Academic Ranking of World Universities 2007". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
  11. "Academic Ranking of World Universities 2008". 2015-09-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
  12. "Academic Ranking of World Universities 2009". 2015-04-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
  13. "Academic Ranking of World Universities 2010". 2015-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
  14. "Academic Ranking of World Universities 2011". 2011-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
  15. "Academic Ranking of World Universities 2012". 2013-04-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
  16. "Academic Ranking of World Universities 2013". 2019-03-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
  17. "Academic Ranking of World Universities 2014". 2015-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.
  18. "Academic Ranking of World Universities 2015". 2015-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-09-17.