Abbas-Abad briqi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Abbas-Abad
«Аббас-Абад»-
Təşkilat Xəzər Dənizi Flotiliyası
Tarixi 4 (16) oktyabr 1824-cü il
Salınma tarixi 16 (28) avqust 1827-ci il
Layihəçi Stepan Buraçok
İstehsalçı Həştərxan admirallığı
Tipi briq
Erivan
Top 12
Midel-şpanqaut 7

"Abbas-Abad" (rus. «Аббас-Абад») — Rus donanmasının "Erivan" (rus. «Эривань») tipli 12 toplu briqi, bu tipli dörd briqlərdən biri. Ruslar bu adı Abbasabad qalasının 1827-ci il iyulun 6-da zəbt edilməsinin xatirəsinə görə qoyub.

Tarixi

Briqin əsası 4 (16) oktyabr 1824-cü ildə qoyulub. 16 (28) avqust 1827-ci ildə suya buraxıldı və Xəzər donanmasının tərkibinə daxil edildi.

"Abbas-Abad" iki müharibədə iştirak etmişdir — Rusiya-İran müharibəsi (1826-1828) (kreyser xidməti göstərirdi) və Rusiya-Osmanlı müharibəsi (1828-1829) (Həştərxandan vəsaitlərin və qoşunların fəaliyyət göstərən orduya çatdırılmasını təmin edirdi).

Müharibələr bitəndən sonra briq 1830–1832-ci və 1834–1836-cı illər ərzində Xəzər Dənizində istifadə olunurdu, Həştərxan — Bakı marşrutu, Kürün mənsəb hissəsi və Sara adasına yük daşıyırdı.

1837-ci ildə briq Həştərxanda söküldü.

Komandirləri

"Abbas-Abad" briqin komandirləri müxtəlif vaxtlarda aşağıdaki şəxslər olmuşdur:

  1. 1827–1828 — Y. D. Mandrika
  2. 1829–1830 — A. P. Doroxov
  3. 1832 — A. T. Aleksandrovskiy
  4. 1834 — iyul 1836 — V. T. Alenikov
  5. с июля 1836 — S. S. Palitsin

Ədəbiyyat

  • Чернышёв А. А. Российский парусный флот. Справочник. — М.: Воениздат, 2002. — Т. 2. — 480 с. — (Корабли и суда Российского флота). — 5000 экз. — ISBN 5-203-01789-1. (rusca)
  • Веселаго Ф. Ф. Список русских военных судов с 1668 по 1860 год. — С-Пб.: Типография морского министерства, 1872. — 798 с. (rusca)
  • Широкорад А. Б. 200 лет парусного флота России / Под ред. А. Б. Васильева. — 2-е изд. — М.: "Вече", 2007. — 448 с. — ISBN 978-5-9533-1517-3. (rusca)