Abbasabad qalası

Abbasabad qalasıNaxçıvan şəhərinin 6 kilometr cənub-şərqində, Araz çayı sahilində yerləşən hərbi istehkam tipli qala.

Abbasabad qalası
Abbasabad qalasının planı. 1 – xəndək, 2 – qala divarı, 3 – darvaza, 4 – körpü, 5 – bulaq.
Abbasabad qalasının planı. 1 – xəndək, 2 – qala divarı, 3 – darvaza, 4 – körpü, 5 – bulaq.
Xəritə
39°08′58″ şm. e. 45°23′00″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Babək
Yerləşir Babək rayonu
Aidiyyatı Səfəvilər imperiyası
Tikilmə tarixi XVIII əsr
Vəziyyəti 1963-1971-ci illərdə Araz su qovşağı tikilərkən qalanın xarabalığı su altında qalmışdır
Abbasabad qalası (Azərbaycan)
Abbasabad qalası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
1827-ci il, Abbasabad şəhər qalasının planı

Qala fransız hərbi mütəxəssislərinin layihəsi əsasında 1809–1810-cu illərdə tikilmişdir. Beşbucaq şəklində olan qalanın bürcləri vardı. Qala divarlarının hündürlüyü 4 metr 30 santimetr, qalınlığı 60 santimetr idi. Şəhər qalası hər tərəfdən 10 metr enində arxla əhatə olunmuşdu.

Abbasabad qalası hərbi zərurətdən yaranmış bir obyekt idi. Rusiya-İran müharibəsinin gedişində (1804–1813) dəfələrlə ağır məğlubiyyətə uğrayan İran tərəfi Naxçıvan xanlığının ərazisində özünün hərbi mövqelərinin möhkəmləndirilməsinə böyük diqqət verirdi. İran komandanlığı bu məqsədlə qalaları təmir etdirir və özünün dayaq nöqtəsi ola biləcək yeni qalalar tikdirirdi. Belə qalalardan biri şahzadə Abbas Mirzənin arzusu ilə fransız mühəndisləri tərəfindən Naxçıvan yaxınlığında tikilmiş və İran taxt-tacının vəliəhdinin şərəfinə adlandırılmış Abbasabad qalası idi.

Abbasabad qalası Abbas Mirzə tərəfindən Avropa memarlığı üslubunda tikdirilmişdir. Abbasabad qalası Araz çayı üzərində olan keçidin qorunmasını təmin etməklə yanaşı, həm də Cənubi Azərbaycana gedən yola nəzarət edir, lazım gəldikdə bu yolu bağlaya da bilirdi. Qala İran mövqelərinin rus ordusunun hücumlarından qorunması üçün mühüm məntəqə hesab edilirdi. Qala düzgün beşbucaqlı formasında tikilmişdir. Qalada olan çoxlu istehkamlardan ikisi — qərb istiqamətində Araz çayına söykənirdi. Belə istehkamların başlıca vəzifəsi zərurət nəticəsində qala qarnizonu geri çəkilərkən onun Araz çayının sağ sahilinə təhlükəsiz keçməsini təmin etməkdən ibarət idi.

O. Yevetski yazırdı ki, "Abbasabad qalası fransız və ingilis zabitləri tərəfindən tikilib möhkəmləndirilmiş, bürcləri olan beşbucaqlı poliqondur. Abbasabad qalası vaxtilə bu bölgədə mövcud olan qədim Astabad yaşayış məntəqəsinin yerində inşa edilmişdir".

1834–1835-ci illərdə Naxçıvan bölgəsində olmuş F. Korf qalanın tikilmə tarixindən bəhs edərək yazırdı: "Mən 25 il əvvəl bu ölkədə Abbas Mirzə tərəfindən tikdirilmiş Abbasabad qalasını gördüm. O, Abbas Mirzənin yanında xidmət edən bir fransız mühəndisinin planı əsasında tikilmişdir".

Abbasabad qalası rus tarixçisi N. Nefedovun 1839-cu ildə nəşr olunmuş yol qeydlərində daha ətraflı təsvir olunur: "…Naxçıvanın əks tərəfində zərərli iqliminə görə tərk edilib dağıdılmış Abbasabad qalası görünür. Mən fransız mühəndislərinin tikdikləri bu tikiliyə baş çəkməyi özümə borc bildim. Məhz həmin mühəndislər otuz il əvvəl qarışıq bir zamanda onun tikintisi ilə məşğul olmuşlar. Daşla hörülmüş və lazım gəldikdə su ilə doldurulan dərin xəndək, ikiqat mazğalı olan divar, bürclər, daşla örtülmüş yollar və istehkamın müdafiə vasitələri göstərir ki, İranın əvvəlki dostları burada həqiqətən çox böyük məharətlə çalışmışlar. Onu da xüsusi qeyd etmək lazımdır ki, onlar böyük uzaqgörənliklə qalanı elə tikmişlər ki, körpü üzərinə çıxan qarnizon Arazın o tayına, öz ölkələrinin içərilərinə təhlükəsiz çəkilə bilsin".

Abbasabad qalası 1804–1813-cü il Rusiya-İran müharibəsi (1804–1813)|Rusiya-İran müharibəsinin gedişində fransızlar tərəfindən tikilmiş, Gülüstan müqaviləsindən1813) sonra isə ingilislər tərəfindən bərpa edilərək yenidən qurulmuşdur. Çox güman ki, Naxçıvan xanlığı Rusiya tərəfindən işğal edildikdən sonra qala baxımsızlıq ucbatından yararsız hala düşmüşdür. təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edirdi.1826–1828-ci illər Rusiya-İran müharibəsində Abbasabad qalasında döyüşlər olmuşdur. Qalanı 4000 sərbaz və 500 atlı müdafiə edirdi. 1827-ci ildə rus qoşunları strateji dəyəri olan Abbasabad qalasına yaxınlaşarkən, Abbas Mirzə 16 minlik qoşunla qala qarnizonunun köməyinə gəldisə də, qala təslim etdirildi. Qalanın baş mühafızi İran ordusuna komandanlıq etmiş Abbas Mirzənin kürəkəni Məhəmməd Emin xan idi. Ehsan xan Kəngərli də qalanın mühafızi olmuşdur.

Araz su qovşağı tikilərkən (1967–1971) qalanın xarabalığı su altında qalmışdır.

  • Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.7–8.