Abbas Rzayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Abbas Rzayev
Abbas Mirzə oğlu Rzayev
Doğum tarixi 3 mart 1904(1904-03-03)
Doğum yeri
Vəfat tarixi 12 iyun 1976(1976-06-12) (72 yaşında)
Vəfat yeri
Fəaliyyəti teatr aktyoru, kino aktyoru
Fəaliyyət illəri 1924–1976
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1940

Abbas Rzayev (3 mart 1904, Zəncan, Cənubi Azərbaycan12 iyun 1976, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1940).

Həyatı

Aktyor Abbas Mirzə oğlu Rzayev 1904-cü ildə Cənubi Azərbaycanın Zəncan şəhərində anadan olmuşdur. O, ilk dəfə səhnəyə 1924-cü ildə Dənizçilər klubunun dram dərnəyində çıxmışdır. 1924–1927-ci illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbinin aktyorluq şöbəsində oxumuşdur. 1926-cı ildə Milli Dram Teatrının aktyor truppasına götürülüb.[1]

O, Azərbaycan Kukla Teatrının ilk aktyorlarında biri olmuşdur. Azərbaycan kinosunda 10-dan çox filmdə çəkilmişdir.

Aktyor 1976-cı ildə Bakıda vəfat etmişdir.

Mükafatları

Teatr səhnəsindəki rolları

  • Sevil (1931)-Babakişi[2]
  • Romeo və Cülyetta (1937)-Montekki
  • Vaqif (1938)-Şeyx Alı

Filmoqrafiya

İstinadlar

  1. İlham Rəhimli. Azərbaycan Teatr Ensiklopediyası. I. 2016. səh. 10.
  2. "Azərbaycan teatr tarixi — Milli Kitabxana" (PDF). 2010-09-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-06-30.

Mənbə

  • Kazımzadə, A. Sözünü demiş sənətkarlar: [Əməkdar artist Abbas Rzayev haqqında] //Kaspi.- 2014.- 5–7 aprel.- S.16.