Burada ağasının tapşırığını yerinə yetirərkən avamlığı ucbatından kəndli Novruzəlinin (İsmayıl Osmanlı) başına gələn əhvalatlardan danışılır.
Poçt qutusu | |
---|---|
Fayl:Poçt qutusu (film, 1967).jpg | |
Janr | faciəvi komediya |
Rejissor | Rauf Kazımovski |
Əsərin müəllifi | Cəlil Məmmədquluzadə |
Ssenari müəllifi | Rauf Kazımovski |
Baş rollarda |
İsmayıl Osmanlı — Novruzəli Ağasadıq Gəraybəyli — xan Viktor Kolpakov — poçt xidmətçisi Vasili Filippov — qorodovoy Lev Bardukov — məhkəmə sədri |
Operator | Teyyub Axundov |
Bəstəkar | Emin Mahmudov |
Rəssam | Nadir Zeynalov |
İstehsalçı | Azərbaycan Televiziyası |
İlk baxış tarixi | 1967 |
Müddət | 14 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
Texniki məlumatlar |
2 hissə 420 metr 35 mm |
Rəng | ağ-qara |
Novruzəli (İsmayıl Osmanlı) həmişəki kimi kənddən xana (Ağasadıq Gəraybəyli) sovqat gətirir. Xan İrəvanda yaşayan dostuna məktub yazaraq ora arvadı ilə gələcəyini, qalacaqları evi səliqəyə salmağı, isitməyi təvəqqe edən məktub yazır.[1]
O, Novruzəlini məktubu poçt qutusuna salmaq üçün poçtxanaya yollayır. Və onu kimsəyə verməməyi tapşırır. Poçtun nə olduğunu bilməyən Novruzəli həyatında ilk dəfə qutuya məktub atır. Qaydaları bilmədiyindən qutunun yanında gözləyir.[1]
Poçt xidmətçisi (Viktor Kolpakov) qutudan məktubları götürəndə Novruzəli onun oğru olduğunu güman edərək onunla əlbəyaxa olur. Nəticədə polisə düşür. Xan Novruzəlini zaminə götürür. Az sonra Novruzəliyə üç ay həbs cəzası kəsilir...[1]
Film Cəlil Məmmədquluzadənin anadan olmasının 100 illiyinə ithaf edilmişdir.
Kino əsəri ədibin eyniadlı hekayəsi əsasında ekranlaşdırılmışdır.
Kinoda ədibin yaradıcılığına ilk dəfə bu filmdə müraciət olunmuşdur.