Abraziya sahil tipi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Abraziya sahil tipi- Abraziya dedikdə,dənizin dağıdıcı fəaliyyəti nəzərdə tutulur. Dənizin abraziya fəaliyyəti, akademik D. V. Nalivkinə görə, əsasən küləyin təsirindən əmələ gələn dalğaların dağıdıcı fəaliyyəti ilə əlaqədardır. V. P. Zenkoviçin fikrinə görə, abraziya prosesi uzun müddət dəniz sahilinə təsir edirsə, həmin proses nəticəsində abrazion terras və ya sahil əmələ gəlir və olduqca geniş sahəni əhatə edir. Abrazion sahil tipinin eni maksimum 200–250 metr ola bilər. Abraziya sahil tipinə misal olaraq Qara dənizin şərq sahilini və bəzi başqa sahilləri göstərmək olar.[1]

Həmçinin bax

İstinadlar

  1. Səmədov S. S. Məmmədova P. Ə. Geomorfologiya və dördüncü dövr çöküntülərinin geologiyası. Ali məktəblər üçün dərslik. Bakı.2011.134 səh.