Akkumulyativ sahil tipi

Akkumulyativ sahil tipi — Bu tip sahillərin əmələ gəlməsi yalnız nisbətən dayaz şelf zonasında mümkündür. Bu da geomorfologiyaokeanoqrafiyadan məlum olan məşhur Kornalya-Zenkoviç qanunauyğunluğu ilə əlaqədardır. Bu qanunauyğunluğa əsasən dənizokean şəraitində nisbətən dərin sahədə suyun ayrı-ayrı hissəcikləri dairəvi orbit üzrə hərəkət edir. Dayazlıq artdıqca, yəni şelf sahəsinin sahilə yaxın ərazisində həmin orbit xeyli sıxılır və elliptik orbit ilə əvəz olunur. Dayazlığın daha da artması nisbətən yastı ellipsin əmələ gəlməsinə səbəb olur. Ona görə də həmin yastı ellips üzrə qüvvə vektorları dərinliyin azaldığı sahəyə doğru, yəni sahilə doğru yönəlmiş olur. Bu səbəbdən dayaz sahənin qum çöküntüləri sahilə doğru aparılır. Nəticədə əsasən qum çöküntülərindən ibarət olan akkumulyativ sahil tipi əmələ gəlir. Belə sahillərə misal olaraq Xəzər dənizinin sahil zonasının çox hissəsini Krım yarımadasının şimal-qərb hissəsini, Baltik dənizinin cənub sahillərinin çox hissəsini və s. göstərmək olar.[1]

  1. Səmədov S. S. Məmmədova P. Ə. Geomorfologiya və dördüncü dövr çöküntülərinin geologiyası. Ali məktəblər üçün dərslik. Bakı: 2011, 134 səh.