Acanthocinus aedilis

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Acanthocinus aedilis
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Yarımdəstə:
İnfradəstə:
Fəsiləüstü:
Fəsilə:
Yarımfəsilə:
Növ:
Acanthocinus aedilis
Beynəlxalq elmi adı

Acanthocinus aedilis (lat. Acanthocinus aedilis) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin uzunbığlar fəsiləsinin acanthocinus cinsinə aid heyvan növü.

Xarici quruluşu

Bədənin uzunluğu 12–20 mm. Erkəklərin bığcıqlarının uzunluğu bədənindən 3-5 dəfə uzundur, ölçülərinə görə dişilərdən kiçik olurlar, amma onların bığcıqları dişilərin bığcıqlarından çox uzun olur. Bozumtul-qəhvəyi rəngdə olurlar. Üzərində 4 xarakterik narıncı ləkə var.

Həyat tərzi

Abşeronda sürfələri əsasən şam və sidr ağacında inkişaf edir. İnkişaf mərhələsi 1-2 il çəkir. Yaşlı fərdlər mart ayından sentyabr ayına qədər rast gəlinir. Şam ağacına daha çox üstünlük verirlər, bəzən də digər iynəyarpaq və enliyarpaq ağaclarda məskunlaşırlar. Uçuş may ayının 2-ci ongünlüyündən avqust ayının axırına qədər davam edir. Kütləvi uçuş isə iyun ayının 1-ci yarısında qeydə alınıb. Sürfələr 35 mm uzunluğa çatanadək qabıq üzərində inkişaf edirlər. Onlara bütün yay müddətində rast gəlinir. İyul ayının 2-ci ongünlüyündə puplaşırlar və həmin ayın axırı puplardan böcəklər çıxır. Böcəklərin puplardan kütləvi çıxışı avqust ayının 1-2-ci ongünlüyündə baş verir. Avqust ayının 2-ci yarısında qoyulmuş yumurtalardan çıxan sürfələr qışlayırlar və inkişaflarını o biri ilin iyun ayında bitirirlər.

Yayılması

Avropa, Rusiya, Qafqaz, Qazaxıstan, Çin, Azərbaycan. Azərbaycanda Abşeronda yayılmışdır.

İstinadlar

Həmçinin bax