Insecta

Həşəratlar (lat. Insecta) — heyvanlar aləminin buğumayaqlılar tipinə aid heyvan sinfi. Həşəratların 1 milyona yaxın növü məlumdur. Yer kürəsinin demək olar ki, hər bir ekosistemində mövcuddur. Heyvanlar aləminin təqribən 80%-ni təşkil edən həşəratlar 30-a qədər dəstəni əhatə edir. Ənənəvi təsnifata uyğun olaraq çoxayaqlılarla birlikdə traxeyatənəffüslülər yarımtipinə aiddir.

Həşəratlar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Sinif:
Həşəratlar
Beynəlxalq elmi adı

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Zooloji nomenklaturanın Beynəlxalq kodeksi növ, cins, fəsilə və onlar arasındakı adlara tətbiq olunur, lakin Insecta kimi qeyri — tipik adlara tətbiq olunmur. Bunun nəticəsində elmi ədəbiyyatda "İnsecta" termini müxtəlif taksonlar üçün istifadə edilmişdir. Aristotelin dövründən bu ad quru buğumayaqlılarına (altıayaqlılar, hörümçəkkimilər və s.) tətbiq edilir, lakin xərçəngkimilər üçün istifadə edilmirdi. Linney isə xərçəngkimiləri də İnsectaya aid etmişdi. Belə ki, Linneyə görə bu taksona Arthropoda (buğumayaqlılar) uyğun gəlir. J. B. Lamark İnsecta sinfinə yalnız qanadlı həşəratları (hətta hamısını deyil) daxil edirdi. Müasir dövrdə "İnsecta" termininin altıayaqlılar mənasında istifadəsi daha ənənəvi hesab olunur. Həşəratda bədən bir-birindən aydın seçilən 3 hissədən ibarətdir: baş (caput), döş (thorax) və qarın (abdomen). Baş hissə buğumların (5 ədəd) möhkəm birləşməsindən əmələ gələn kəllə qutusundan ibarət olub, ağız orqanlarına və bığcıqlara, bir cüt mürəkkəb və ya fasetli gözə və gözcüklərə malikdir. Döş bədənin ikinci hissəsi olub, 3 buğumdan ibarətdir. Hər bir buğumunda bir cüt ayaq vardır. Qanadlı həşəratda isə orta və dal döşün hər biri cüt qanada malikdir. Heyvanlar aləmində "uçma" ilk dəfə bu qrupda ortaya çıxmışdır, ancaq həşəratların qanadları, quşların qanadlarından fərqli quruluşdadır. Qarın bədənin üçüncü hissəsi olub, buğumludur və yetkin formada ayaqlardan məhrumdur. Qarın hissənin döşlə birləşməsi müxtəlifdir. Bu müxtəliflikdən asılı olaraq onlarda oturan, saplaqlı və asılqan qarın formaları vardır. Dəri örtüyü 3 qatdan -kutikula, hipoderma və bazal pərdədən ibarətdir. Əzələ sistemi mürəkkəb quruluşlu olub, əsasən eninəzolaqlı əzələlərdən ibarətdir. Həşəratın ali formalarında əzələ sistemi olduqca maraqlıdır və qanadlar saniyədə 300–1000 vurmaq qabiliyyətinə malikdir. Belə əzələlər iti əzələlər adlanır. Tənəffüs sistemi çoxlu miqdarda hava aparan borulardan, traxeya və traxeollardan ibarətdir. Qan-damar sistemi açıqdır. Qanı (hemolimfa) maye plazmadan və hemositlər adlanan qan cisimciklərindən ibarətdir. Plazma adətən sarımtıl və ya yaşılımtıl rəngli, bəzən də rəngsiz olur. İfrazat funksiyasını malpigi boruları yerinə yetirir. Cazibədar və ya itələyici qoxu, şam, zəhər, ipək, yağ, tüpürcək, antikoagülan maddə kimi bir çox maddəni ifraz etmək üzrə xüsusiləşmiş çox sayda vəzi vardır. Duyğu orqanları və sinir sistemi yaxşı inkişaf etmişdir. Bir çox qrupda, xüsusi vəzifələri olan duyğu orqanlarına rast gəlinir. Ovlanmaq və ya ovçularından qorunmaq üçün son dərəcə müvəffəqiyyətli uyğunlaşmalar qazanmışlar. Rənglənmələri böyük müxtəliflik göstərir. Bəzilərində gecələr işıq saçma xüsusiyyəti var. Həşəratlar bir qayda olaraq yumurta qoymaqla çoxalarırlar və əksəriyyətinin inkişafında bir metamorfoz olur. Bəzi qruplarda koloniya halında ictimai həyat nümunələri görünür. Həyat və qidalanma şəkillərinə görə, ağız, bığcıq və ayaq strukturları fərqlidir[2]

Həşəratlar sinfinin Azərbaycan faunası

[redaktə | mənbəni redaktə et]

Hazırda Azərbaycanda 29 dəstəyə aid 13 mindən çox həşərat növü müəyyən edilmişdir. Bu növlərdən 370-i elm üçün, 800-ü keçmiş SSRİ faunası üçün, 1700 – dən çoxu Cənubi Qafqaz və Qafqaz faunası üçün yeni növ olmuşdur. Azərbaycan faunası üçün göstərilən yeni həşərat növlərinin 60 % — dən çoxu ilk dəfə institutumuzun entomoloji laboratoriyalarının əməkdaşları tərəfindən qeyd edilmişdir. Eyni zamanda müəyyən olunmuşdur ki, respublika faunasında 600 — ə qədər endemik və relikt həşərat növü mövcuddur. Ümumilikdə Azərbaycanda 71 növ həşərat Azərbaycanın "Qırmızı Kitabı"nın II nəşrinə daxil edilmişdir.

Həşəratlar sinfinin filogeniyası

[redaktə | mənbəni redaktə et]

Həşəratlar sinfinin təkamülü məsələsi bir çox çətinliklərlə üzləşir. Əsas problem həşəratların filogenetik münasibətini müəyyənləşdirməyə imkan verə biləcək daşlaşmış qalıqların olmamasıdır. Həşəratların ən yaxın qohumu morfoloji müqayisələr əsasında (xüsusilə də traxeya tənəffüs sistemi) ənənəvi olaraq çoxayaqlılar hesab olunur. Bu nöqteyi nəzərə uyğun olaraq hər iki qrupu qeyri-tam bığlılar (Atelocerata) taksonunda birləşdirirdilər. Lakin genlərin ardıcıllğı əsasında filogeniyanın qurulması və son zamanlarda aparılmış morfoloji tədqiqatlar sübut edir ki, həşəratlar xərçəngkimilərə daha yaxındır. Bu filogenetik fərziyyənin tərəfdarları həşəratları və xərçəngkimiləri vahid bir taksonda (Pancrustacea) birləşdirdilər. Lakin xərçəngkimilər erkən kembri dövrünün (511 milyon il) qalıqlarından məlum olduqları halda Həşəratlar paleontoloji salnamədə erkən Devondan (410 milyon ilə yaxın) rast gəlinməyə başlayırlar. Beləliklə, xərçəngkimilərin və Həşəratların ümumi bir əcdaddan əmələ gəlməsi barədə fərziyyədə 100 milyon illik birara yaranır. Bu müddət ərzində Həşəratların qalıqlarının paleontoloji salnamədə olmamasını adətən bu qalıqların saxlanmaması ilə izah edirlər. Ən yeni morfoloji müqayisələr və genom ardıcıllığı əsasında filogenetik rekonstruksiyalar göstərir ki, həşəratlar xərçəngkimilərin nəslindəndir. Bu fikir paleontoloji məlumatlara tam uyğun gəlir. Lakin xərçəngkimilər içərisində həşəratların ən yaxın qohumlarının aşkar edilməsi zamanı morfoloji və moleklulyar məlumatlar üst-üstə düşmür. Beləki, morfoloji məlumatlar həşəratların ali xərçəngkimilərlə əlaqəsinin olduğunu göstərir, molekulyar məlumatlar isə onların ya qəlsəməayaqlılar, ya remipediyalar, ya da ola bilsin ki, sefalokaridlərlə qohum olduğunu sübut edir. Son fərziyyəyə əsasən həşəratların təkamül budağı xərçəngkimilərdən Silur dövrünün sonu Devonun əvvəlində ayrılmışdır. Həşəratların primitiv əcdadları 350 milyon il əvvəl Devon dövründə, və ya ola bilsin ki, ondan da əvvəl mövcud olmuşdur. Ən qədim həşəratlar Devon dövründən məlum olan Rhyniognatha hirsti (410 milyon il) və Strudiella devonica (385–360 milyon il) növləridir. Qədim həşəratlara həmçinin karbon qalıqlarında (300 milyon ildən artıq) tapılmış və tamamilə ölüb getmiş dəstələr Archodonata və Protodonata, Palaeodictyoptera, Diaphanopterodea, Hypoperlida, Megasecoptera, Miomoptera və geraridlərə aiddir. Həşəratların təkamül tarixi başqa heyvanların və bitkilərin tarixi ilə, onların quru mühitini zəbt etmələri və yeni biosenozlarda əmələ gələn yeni ekoloji layların istifadəsi ilə bağlıdır. Öz təkamül inkişafları müddətində həşəratlar yeni formalar əmələ gətirmişlər. Bu formaların bir çoxu uzun müddətli mövcudiyyətdən sonra ölüb getmişdir. Ölüb getmiş formaların bəziləri nəhəng ölçüləri ilə fərqlənmişlər. Məsələn, Mazothairos (Palaeodictyoptera) qanadları açıq halda 55 см-ə çatırdı. Protodonata dəstəsinə Yer tarixinin ən iri həşəratları daxil olmuşdur. Meganeura monyi Fransada tapılmışdır, ölçüsü qanadları açıq halda 75 sm olmuşdur. Daş kömür dövründən olan Megatypus və Perm dövründən olan Meganeuropsis permiana (США) qanadları açıq halda 71 sm-dək olmuşlar. Bunövlərin əksəriyyətinin yalnız qanad fraqmentləri, bir neçəsinin isə bədəninin başqa hissələrinin izləri (iri çənəli və iri gözlu baş, döş və həmçinin uzun qarıncıq) tapılmışdır. Paleodiktiopteroidlər-sancıcı-sorucu ağız aparatına malik iri Həşəratlar (50 sm-dək) olub, 320–220 milyon il bundan əvvəl geniş yayaılmış qrupudur. Protorthoptera dəstəsinin nümayəndələri Perm dövrünədək adi növlər olmuşlar. Bunlar yeniqanadlı həşəratların qazıntı halında tapılmış ən qədim növləridir. Onlar üçün dərivari ön qanadlar, arxa qanadların iri anal sahəsi və yaxşı inkişaf etmiş gəmirici ağız aparatı səciyyəvidir. Karbon dövrünün sonundan Yura dövrünün əvvəlinədək Miomoptera dəstəsi (bulaqçılara bənzər uzun qanadlı xırda həşəratlar) mövcud olmuşdur. Bunlar tam çevrilmə ilə inkişaf edən Həşəratlar qrupunun ən primitiv və ən qədim dəstəsidir.

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Həşəratların bədəni 3 hissəyə ayrılır: baş, döş və qarıncıq. Hər buğum 4 hissəyə ayrılır — üst yarımhalqa (tergit), alt yarımhalqa (sternit), yan divarlar (pleyritlər). Bədənin üstü dorsal hissə, altı ventral hissə adlanır. Həşəratları başqa heyvanlardan fərqləndirən əsas xüsusiyyət bədən və ətrafların xarici örtüyü olan xitin ekzoskeletin olmasıdır. Bədəni örtən kutikula möhkəm xarici skelet əmələ gətirdiyi halda yumşaq və nazikdir. Möhkəm xarici skelet bədəni mexaniki təsirlərdən, qurumaqdan qoruyur və deformasiya müqavimətini artırır. Lakin onun bəzi çatışmazlıqları da vardır (məsələn, qabıqdəyişmə ilə əlaqədar yüksək enerji sərfi). Bədən örtüyünün üstündə adətən müxtəlif çıxıntılar, büküşlər, tikanlar, pulcuqlar, qıllar, xırda tükcüklər-xetoidlər olur. Kutikulaya həmçinin hərəkətli dəri tükcükləri – xetalar da aiddir. Həşəratların növ müxtəlifliyinin zənginliyinin bir neçə səbəbi vardır. Hər şeydən əvvəl bunlar tipik quru orqanizmləri olub, quru həyat tərzinə çox gözəl uyğunlaşmışlar. Həşəratların bütün quruluşu onları qurumaqdan qorumaq və rütubətə qənaətlə əlaqədardır. Epikutikula, bədən örtüyü üzərindəki nazik mumabənzər qat, suyun buxarlanmasının qarşısını alır. Traxeya tənəffüsü rütubətə qənaət baxımından ağ ciyərlərə nisbətən daha səmərəlidir. Belə ki, nəfəs dəlikləri ölçülərinə görə çox kiçikdir və qapanmaq qabiliyyətinə malikdirlər. İfrazat sistemi malpigi boruları ilə təmsil olunmuşdur və sidik turşusu kristalları əmələ gətirirlər. Arxa bağırsaqda ekskrementlərdən suyu sorub yenidən bədən boşluğuna qaytaran xüsusi rektal vəzlər vardır. Bir çox həşəratlarin yumurtaları da həmçinin rütubət itkisinə qarşı yaxşı qorunur. Beləliklə, həşəratlar quruda yaşamanın ən başlıca problemi olan su itkisinin öhdəsindən müvəffəqiyyətlə gəlirlər.

Dəvə milçək (Raphidioptera)

Həşəratların bədən rəngi çox müxtəlif, struktur və piqment rəngləri fərqli olur. Struktur rəngi kutikulanın səthi strukturunun işiğın interferensiyası, difraksiya və dispersiyası nəticəsində metallik parlaqlıq yaradanbir sıra spesifik xüsusiyyətləri ilə (mikroskopik qabırğalar, lövhələr, pulcuqlar və s.) əlaqədardır. Piqment rənglər isə çox zaman kutikulada, bəzən isə hipoderma və ya piy cisminin hüceyrələrində olan piqmentlərlə əlaqədardır. Əksər həşəratlarda hər iki tip rəngin birləşməsi müşahidə edilir. Həşəratların çoxunda bədənin müxtəlif hissələrində parlaq naxışlar olur. Əsas etibarilə gündüz həyat tərzi keçirən və bitki substratı ilə əlaqəli olan həşəratların rəngi parlaq olur. Torpaq üzərində hərəkət edən və ya gecə həyat tərzi keçirən çox növlər üçün eynitonlu və əsasən tünd rəng səciyyəvidir. Bədən rəngi ya bir rəngdən, ya da bir neçə (2–3, nadir hallarda daha çox) rəngin qarişiğindan ibarət ola bilər. Ümumi fonda ləkələr, zolaqlar və ya hər hansı başqa naxış ola bilər.

İnsecta sinfinin nümayəndələrinin ölçüləri çox müxtəlifdir. Müasir dövrdə yaşayan ən iri Phobaeticus chani göstərməsidir. Onun Kalimantandan olan ən iri fərdinin uzunluğu 357 мм, ətrafları açılmış vəziyyətdə isə 567 мм-dir. Bəzi qazıntı halında olan taksonlar, məsələn meqanevralar 50 sm, qanadları açıq halda isə 70 sm ölçüdə olmuşlar.

Böcəklər içərisində ən iri növlər herkules-böcək- 171 мм və Cənubi Amerikada yaşayantitan uzunbığıdır — 167 мм. Tizaniya aqripina sovkası dünyada ən böyük kəpənək olub, qanadları açıq halda ölçüsü 28 см-dir. Ən böyük gündüz kəpənəyi isə kraliça Aleksandra ornitopterasıdır (Ornithoptera alexandrae). Bu növündişi fərdinin qanadları açıq halda ölçüsü 27,3 см-dir. Avstraliya və Yeni Qvineyada yaşayan Coscinocera hercules növünün dişi fərdi həşəratlariçərisində ən böyük qanad sahəsinə malikdir-263,2 sm². Attacus atlas da ən böyük kəpənəklər sırasına aiddir. Bu kəpənəyinən iri fərdlərinin qanadları açıq halda ölçüsü 24 sm-ə çatır. Həşəratlar aləminin ən xırda nümayəndələri isə Chalcidoidea fəsiləüstünə daxil olan mimaridlər (Mymaridae) fəsiləsinin nümayəndəsi olan Dicopomorpha echmepterygis parazitoididir. Onun bədəninin təxmini ölçüsü 0,139 мм-dir. Həmçinin Nanosellini (Ptiliidae) tribasına aid uzunluğu cəmi 1mm olan qələmqanadlar da xırda həşəratlara aiddir. Onların içərisində Scydosella musawasensis (300 mkm), Vitusella fijiensis (310 mkm), Nanosella fungi (0,25 mm) kimi böcəklər də vardır. Beləliklə, ən iri məlum həşəratların xırda həşəratlardan 1500 dəfə böyükdürlər.

Həşəratların dünyada yayılması quru florasının, xüsusilə də çiçəkli bitkilərin yayılması ilə uyğunlaşır. Yalnız qütb vilayətləri və daimi buzlaqlarla örtülmüş yüksək dağ zirvələri həşəratlardan məhrumdur. Bununla belə Həşəratlar qarsız dağ zirvələri, quru səhralar, dərin mağaralar kimi qeyri-qonaqpərvər yerlərdə və həmçinin yeni əmələ gəlmiş vulkanik mənşəli adaların ekosistemlərində də rast gəlinirlər. Həşəratlar mülayim qurşaqlara nisbətən tropiklərdə daha çoxsaylı və zəngindirlər. Müxtəlif həşəratların yayıldığı arealların ümumi səciyyəsi üçün adətən iri quru ərazilərindən ötrü qəbul olunmuş adlardan istifadə edilir: Palearktika, Nearktika, Holarktika, Amfipasifik sektor, Efiopiya vilayəti, Oriental vilayət, Arktogeya, Neotropika və Avstraliya vilayəti. Həşəratların yayılmasını müəyyənləşdirən ən mühüm amil onların qida əlaqələridir. Bu xüsusilə fitofaqlar və parazitoid zarqanadlılar və ikiqanadlılara aiddir. Monofaqlar və dar oliqofaqların arealları isə qida bitkisi və ya şikarın yayılması ilə əlaqədardır. Bir çox növlər insanın iştirakı ilə demək olar ki, bütün dünyaya yayılmışıar. Bu ilk növbədə insanla bir yerdə yaşayan həşəratlar, insanın və ev heyvanlarının parazitləridir. Həmçinin kənd təsərrüfatı zərərvericiləri də bütün dünyada geniş yayılmışlar, lakin onların arealları adətən zədələdikləri bitkilər və iqlim şəraiti ilə məhdudlaşır. İnsanla əlaqədar olmayan həşəratlar içərisində də geniş yayılmış növlər vardır. Məsələn, ayıpəncəsi kəpənəyi Cənubi Amerikadan başqa bütün qitələrintropik və mülayim qurşaqlarında yaşayır. Əksər cinslər nəhəng areallara malikdir. Bununla yanaşı bir çox taksonlar ya endemikdirlər, ya da çox dar areala malikdirlər. Belə növlərə bir çox dağ və ada növləri aiddir. Bir çox növlər quru həyat tərzindən su həyat tərzinə keçmişlər. Suda yaşayan bəzi növlər də sürfələr suda həll olunmuş oksigenlə tənəffüs etsələr də, yetkin fərd quruda yaşayır. Bəzi həşəratlar, məsələn suölçən taxtabitilər (Hydrometridae, Gerridae) ətrafları vasitəsilə bədənlərini itələyərək su səthində həyəkət edirlər. Halobatidae fəsiləsinin nümayəndələri dənizdə rast gəlinir. Halobates cinsinin növləri isə okeanda sahildən yüzlərlə kilometr aralıda yaşayan yeganə həşəratlardır. Lakin suölçənləri əsil su həşəratları hesab etmək olmaz, çünki su səthində yaşasalar da onlar suyun üzünə qalxmış heyvan cəsədlərilə qidalanır, yumurtalarını isə suda üzən yosunlar, quş lələkləri və s. üzərinə qoyurlar. İnkişafları dəniz suyunda gedən əsil dəniz həşəratları isə ikiqanadlılara aid olan onlarla növlərdir. Yalnız Yaponiya sahillərində rast gəlinən Limonia monostromia ağcaqanadının bütün inkişaf tsikli dənizdə gedir. Sinantrop Həşəratlar böyük və rəngarəng qrup təşkil edir. Onlar insanın yaşayış yerlərində, təsərrüfat qurğularında, ərzaq anbarlarında və s. yerlərdə yaşayırlar.

Sinfin təsnifi müxtəlif ədəbiyyat mənbələrində fərqlidir. Sinif daxilində Archaeognatha və Dicondylia (Zygentoma + Pterygota) yarımsinifləri ayrılır. Qanadlı Həşəratlar Ephemeroptera + Odonatoptera + Neoptera kladlarına ayrılır. Yeniqanadlılar infrasinfində statusları hələ də müzakirə edilən (məsələn, Polyneoptera, Paraneoptera, Oligoneoptera yoxsa Holometabola) bir neçə kladda (koqorta, dəstəüstü) birləşən 30-dək dəstə ayrılır. Bütöv bir taksonunsistematik yeri barədə və ya ümumiyyətlə bu taksonun saxlanmasına ehtiyacın olub olmaması barədə müzakirələr hələ də davam edir. Məsələn, əvvəllər sərbəst dəstələr olan taxtabitilər və bərabərqanadlılar müasir dövrdə ümumi yarımsərtqanadlılar dəstəsində birləşdirilmişdir. Termitlər dəstəsi isə tarakanabənzərlər dəstəsinə daxil edilmişdir. Eyni zamanda yelpikqanadlılar (bəzən böcəklərlə birləşdirilirdi) və dəvədəlləyikimilər (tarakanlarla birləşdirilmişdi) müasir müəlliflər tərəfindən yenidən sərbəst dəstələr kimi baxılır.

Həşəratlar sinfinin biolojı müxtəliflikdə rolu

[redaktə | mənbəni redaktə et]
Uzunburun böcək
Skorpion milçək (Mecoptera)

Həşəratlar yer üzərindəki bütün heyvanların 90%-ni təşkil edirlər və biomüxtəliflikdə əvəzsiz rol oynayırlar. Bu onların növ müxtəlifliyi, biosenozlardakı yüksək sayıilə izah olunur. Fitofaq həşəratlar biokütlələrinə görə bütün digər bitkiyeyən heyvanlardan üstündürlər. Yırtıcı və parazitoid həşəratlar başqa orqanizmlərin sayının təbii tənzimində mühüm rol oynayırlar. Həmçinin həşəratlar bir çox onurğalı və onurğasız heyvanların qida zəncirinin mühüm halqasını təşkil edirlər. Bitkilərin 80%-dən çoxu həşəratlar tərəfindən tozlandırılır. Bitki və heyvan qalıqları ilə qidalanan həşəratlar təbiətdə sanitar rolunu oynayır. Torpaqda yaşayan növlərin sürfə və imaqoları torpağın yumşalması və çürüntü ilə zənginləşməsinə səbəb olur.

Gündəcə (Ephemeroptera)
Sisək (Homoptera)

Azərbaycanda ilk entomoloji tədqiqat işləri 1923-cü ildə təşkil olunmuş Mikrobiologiya institutunda aparılmışdır. A. V. Boqaçov (1951) Azərbaycanda Diplura, Thysanura, Odonata, Ephemeroptera, Blattodea, Mantoptera, İsoptera, Orthoptera, Phasmodea, Plecoptera, Embioidea, Dermaptera, Thysanoptera, Mallophaga, Anoplura, Hemiptera, Homoptera, Coleoptera, Diptera, Hymenoptera, Neuroptera, Mecoptera, Lepidoptera üzərində, S. P. Tarpinski Orthoptera üzərində, N. N. Akramovski Odonata, E. F. Miram Mantoptera və Orthoptera, A. N. Kiriçenko Hemiptera, Q. A. Sidorski Homoptera, İ. D. Babacanidi Buprestidae, F. A. Zaytsev Coleoptera, E. V. L. M. Axundova-Tuayeva İsoptera, A. İ. Argiropulo, E. İsayeva-Qurviç Aphaniptera, Axundov İ. A. Culicidae, E. Q. Qauzer Tabanidae, K. V. Arnoldi Formicidae, V. V. Nikolski Helicoverpa armigera, N. H. Səmədov (1963) — Coleoptera, R. M. Əffəndi (1971) Lepidoptera, B. Ə. Əhmədov (1982) Aphidiidae, S. Ə. Əliyev (1984) — Noctuidae, N. B. Mirzəyeva (1988) — Chrysomelidae, H. F. Quliyeva (1992) həşəratların ekologiyası və fiziologiyası, G.А. Mustafayeva (1990) Aphelinidae, V. Ə. Qədimov (1994)– Polistes, A. Ə. Abdinbəyova (1995) Braconidae, Z. Y. Musayeva (1996) Prunus cinsindən olan bitkilərin zərərvericilərini, A. A. Əliyev (1997) — İchneumonidae, L. M. Rzayeva – Chalcidoidea (2002), Z. M. Məmmədov (2004) zərərvericilərin entomofaqları, N. C. Vəzirov — Aphidiidae, Ş. Y. Abdullayeva, A. Piriyev -Lepidoptera, İ. S. Dropolyuk, C. A. Hidayətov, A. M. Atakişiyeva — Hemiptera, N. Q. Loginova — torpaq mezofaunası, G. Ə. Quliyev Habrobracon minicisinin bioloji mübarizədə rolu, H. Q. Qurbanov – qızılgözlər, Z. K. Rəsulova — Collembola, T. X. Şəmiyev — tut ipəkqurdu, üzərində tədqiqat işləri aparmış və maraqlı nəticələr əldə etmişlər. Hal-hazırda T. H. Məmmədova — mişarçılar, S. Ə. Hacıyeva – ayıcalar, kantaridlər, İ. A. Nuriyeva (2008) – karabidlər, X. Ə. Əliyev (2013), G. A. Hüseynzadə — arıkimilər, İ. Q. Kərimova (2013) – parazitoid-sahib münasibətləri, uzunbığ böcəklər, torqanadlılar, E. A. Hüseynova (2013) – parazitoid-sahib münasibətləri, qızıl böcəklər, Ş. M. Məhərrəmova (2016) yarpaqbükənlər, üzərində tədqiqat işləri aparırlar. Ümumilikdə AMEA Zoologiya institutunun Entomologiya şöbəsinə daxil olan "Həşəratların ekologiyası və fiziologiyası", "Faydalı Həşəratların introduksiyası və bioloji mübarizəninelmi əsasları", "Həşəratların fauna və sistematikası" laboratoriyalarında Collembola, Odonata, Mantoptera, Orthoptera, Hemiptera, Coleoptera, Diptera, Hymenoptera, Neuroptera dəstələrinin ayrı-ayrı fərilələri üzərində entomoloji tədqiqatlar aparılır. Bununla belə Azərbaycanda ətraflı tədqiqinə ehtiyac duyulan bir çox həşərat qrupları vardır, xüsusilə də Ephemeroptera, Gryllodea, Dermaptera, Formicidae, Tettigoniodea, Acridodea, Psocoptera, Homoptera, Coleoptera-nın bir çox fəsilələri, Strepsiptera ümumiyyətlə tədqiq edilməmişdir. İnstituta işə qəbul edilən və gələcəkdə də qəbul ediləcək istedadlı gənc kadrların öyrənilməmiş həşərat qruplarını ən müasir metodlarla tədqiq edəcəyinə və maraqlı nəticələr əldə edəcəklərinə inanırıq.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Ağayev B. İ., Zeynalova Z. A. Onurğasızlar zoologiyası. Bakı: Təhsil, 2008, (568 s.) səh.408–441

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]