Adi kəkilli arıquşu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Adi kəkilli arıquşu
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Sinif:
İnfrasinif:
Klad:
Yarımdəstə:
İnfradəstə:
Fəsilə:
Növ:
Adi kəkilli arıquşu
Beynəlxalq elmi adı

Adi kəkilli arıquşu (lat. Lophophanes cristatus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinin kəkilli arıquşu cinsinə aid heyvan növü.

Xarakterik morfoloji əlamətləri

Başında qar lələklərdən ibarət ucu sivri və ağ haşiyəli kəkili var. Dimdiyindən göz və qulaq lələklərinə qədər nazik qar zolaq uzanır. Erkək dişiyə nisbətən azca iridir [3][4][5][6].

Kateqoriyası və statusu

Qismən çoxsaylıdır.

Yayılması

AvropaAsiyada yayılıb. Azərbaycanda isə Kiçik və Böyük Qafqaz dağlarının dağətəyi hissəsində və Talışda yayılıb[7][8][9][10].

Növdaxili müxtəlifliyi

Dünyada 5, Azərbaycanda isə 1 yarımnövü (P.с. cristatus Linn, 1758) yaşayır.

Yaşayış yeri və həyat tərzi

Yarpaqlı meşələrdə, xüsusilə, iynəyarparlı meşələrdə yaşayır. Oturaq quşdur. Ovetmə ərazisi 12000 m–dən çoxdur. Nəsil verdikdən sonra kiçik sürülər əmələ gətirir[11][12][13][14].

Qida spektri

Əsasən entomofaqdır. Yemini ağaclardan, ot bitkilərinin üstündən, ağac qabığından əldə edir.

Təbii düşmənləri

Məlum deyil.

Cinsi statusu və çoxalma xüsusiyyətləri

İldə 2 dəfə nəsil verir. I yuvaya aprel-mayda, II yuvaya isə iyunda rast gəlinir. Yuvanı ağac koğuşlarında qurur. Yuvada 4–7 yumurta olur. Kürtyatma 15–17 gün çəkir.

Növün fenologiyası

Lələkdəyişməsi avqustun əvvəlindən axırınadək davam edir.

Ontogenezi

Bir yaşında cinsi yetişkənliyə çatır. Fərdi inkişafı rüşeym, bala, yuvinal və yetkin formalardan ibarətdir. İnkişaf tipinə görə ətcəbaladır.

Reproduktivliyi

İldə 2 dəfə nəsil verir, 4-7 yumurta qoyur.

Xromosom göstəriciləri

Məlum deyil.

Sayı və limit faktorları

Limit faktoru kimi bu quşların yuvalama və yaşayış yerlərinin təbii fəlakətin və antropogen amillərin təsirlərinə məruz qalmasıdır.

Biosenozda rolu

Çoxalma dövründə zərərli həşəratların tələf edilməsində xeyirlidir.

İnsan həyatında rolu

Elmi əhəmiyyətli kolleksiya obyektidir.

Qəbul olunmuş və qəbul edilməsi vacib mühafizə tədbirləri

Qoruq və yasaqlıq ərazilərində qorunur, Avropa mühafizə statusuna və Bern konvensiyasına daxildir.

Növün qeydiyyat göstəriciləri

Kolleksiyası elmi fondlarda saxlanılır. Muzeylərdə nümayiş etdirilir.

İstinadlar

  1. Integrated Taxonomic Information System (ing.). 1999.
  2. IOC World Bird List Version 6.3. 2016. doi:10.14344/IOC.ML.6.3
  3. Q.T.Mustafayev, N.A.Məhərrəmova. Ornitologiya. Çaşıoğlu, 2005, s. 315.
  4. D.Q.Tuayev. Azərbaycan quşlarının kataloqu. Bakı, 2000, s. 179–180.
  5. Л.А. Портенко. Птицы СССР. Ч. III. М.: 1954. ст. 120-121.
  6. Г.Н. Симкин. Певчие птицы. М.: 1990 ст. 369–374.
  7. Q.T.Mustafayev, N.A.Məhərrəmova. Ornitologiya. Çaşıoğlu, 2005, s. 315.
  8. D.Q.Tuayev. Azərbaycan quşlarının kataloqu. Bakı, 2000, s. 179–180.
  9. Л.А. Портенко. Птицы СССР. Ч. III. М.: 1954. ст. 120-121.
  10. Г.Н. Симкин. Певчие птицы. М.: 1990 ст. 369–374.
  11. Q.T.Mustafayev, N.A.Məhərrəmova. Ornitologiya. Çaşıoğlu, 2005, s. 315.
  12. D.Q.Tuayev. Azərbaycan quşlarının kataloqu. Bakı, 2000, s. 179–180.
  13. Л.А. Портенко. Птицы СССР. Ч. III. М.: 1954. ст. 120-121.
  14. Г.Н. Симкин. Певчие птицы. М.: 1990 ст. 369–374.

Həmçinin bax