Chordata

Xordalılar (lat. Chordata) — heyvanlar aləminə aid heyvan tipi.

Xordalılar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Tip:
Xordalılar
Beynəlxalq elmi adı

Ümumi xarakteristika

[redaktə | mənbəni redaktə et]

Xordalılar 500 milyon il bundan əvvəl əmələ gəlib. Xordalıların qədimliyinə və müxtəlifliyinə baxmayaraq onları birləşdirən ümumilik var:

  1. Onların bədəninin əsasını bütöv və ya buğumlu bel sütunu təşkil edir. Buna ox skelet və ya xorda da deyilir.
  2. Bu sütunun üstündə boru formalı mərkəzi sinir sistemi yerləşir.
  3. Bel sütununun altı ilə həzm borusu uzanır. Bu borunun ön tərəfi ağızla, arxa tərəfi isə anus dəliyi ilə qurtarır. Həzm borusunun ön hissəsi udlaq adlanır. Udlağın yanlarında sıra ilə düzülmüş qəlsəmə yarıqları var. Bu səbəbdən udlaq həm qidalanmada, həm də tənəffüsdə iştirak edir.
  4. Həzm borusunun udlaq hissəsinin altında qan-damar sisteminin mərkəzi olan ürək yerləşir, Xordalılar tipinin 43 minə yaxın növü məlumdur.

İkinci bədən boşluğu olan heyvanların ali tipidir. Xordalılar üç yarımtipə bölünür: Başıxordalılar, Tunikalılar (və ya sürfəsixordalılar) və Onurğalılar (kəlləlilər). Xordalılar üçün bütün ömür boyu və ya inkişafın müəyyən dövründə bel telinin — xordanın, onun üstündə sinir borusunun, həzm borusunun, həzm borusunun önündə (udlağın yanlarında) qəlsəmə dəliklərinin, bədənin ön hissəsində xorda və həzm borusu altında qan-damar sisteminin döyünən hissəsi — 'ürəyin' olması xarakterikdir. Xordalılar heyvanlar aləminin ən əsas tipi hesab olunur. Bu tipə 100.000-ə qədər növ daxildir. Xordalılar üçün bir sıra xüsusiyyətlər xarakterikdir. Onların bədəninin əsasını bütöv və ya buğumlu bel sütunu təşkil edir. Buna xorda deyilir. Xorda ox skelet olub, vakuollaşmış hüceyrələrdən ibarətdir. O, primitiv orqanizmlərdə bütün ömrü boyu qalır. Ali orqanizmlərdə isə o, onurğa fəqərələri ilə əvəz olunur. Xordalılar anlayışı onurğalılar və bəzi onurğasızları əhatə edir. Bel sütununun üzərində boru formalı mərkəzi sinir sistemi yerləşir. Bel sütununun altı ilə həzm borusu uzanır. Bu borunun ön tərəfi ağızla, arxa tərəfi isə anus dəliyi ilə bitir. Həzm borusunun ön hissəsi udlaq adlanır. Udlağın yanında sıra ilə düzülmüş qəlsəmə yarıqları var. Bu səbəbdən udlaq həm qidalanmada, həm də tənəffüsdə iştirak edir. Həzm borusunun udlaq hissəsinin altında qan-damar sisteminin mərkəzi olan ürək yerləşir. Sadaladığımız özünəməxsus xüsusiyyətlərlə yanaşı, xordalılar üçün bədənin üçqatlı olması, ikitərəfli simmetriyası, ikinci bədən boşluğu xarakterikdir.[3]

Xordalıların 3 yarımtipi məlumdur:


Yarımtiplər Siniflər
Kəlləsizlər (Acrania və ya Cephalochordata) Leptokardilər (Leptocardii) sinfi
Qişalılar (Tunicata) Assidilər (Ascidiacea) sinfi
Lavralar (Lavracea) sinfi
Salplar (Thaliacea) sinfi
Kəlləlilər (Craniata) və ya Onurğalılar (Vertebrata) Hiperoartiyalar (Hyperoartia) sinfi
Miksinlər (Myxini) sinfi
Qığırdaqlı balıqlar (Chondrichthyes) sinfi
Şüaüzgəcli balıqlar (Actinopterygii) sinfi
Pərüzgəcli balıqlar (Sarcopterygii) sinfi
Suda-quruda yaşayanlar (Amphibia) sinfi
Sürünənlər (Reptilia) sinfi
Quşlar (Aves) sinfi
Məməlilər (Mammalia) sinfi

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]