Adil bəy Həyatov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Adil bəy Həyatov
Hərbi fəaliyyəti
Rütbəsi Poruçik

Adil bəy Həyatov — Azərbaycanlı hərbçi, I Dünya müharibəsinin iştirakçısı, AXC Milli ordusunun zabiti[1]

Fəaliyyəti

İkinci Bakı süvari alayında ikinci batalyonunun komandiri, Birinci Dünya Müharibəsi illərində eyni adlı batalyonun komandiri olmuşdur. 1918-ci il avqustun iyirmisində şuşanın Malıbəyli kəndini ermənilərdən qəhrəmanlıqla müdafiə etdiyinə görə 1918-ci ildə Türkiyənin "Məcidiyyə" ordeni ilə təltif olunmuşdur.[2] Xankəndində yerləşən Birinci süvari diviziyasının komandanı polkovnik Əfəndiyev və polkovnik Məmmədov 1919-cu il aprelin yeddisində poruçik Adil bəy Həyatova belə bir xasiyyətnamə vermişlər:

Alayın təşkil olunmasında özünü layiqincə göstərən, tərbiyənin və intizamın nümunəvi təşkilində xüsusi səylərini və böyük enerjisini nəzərə alaraq podporuçik Adil bəy Həyatova layiq olduğu poruçik rütbəsi verilməsi barədə vəsadət qaldırıram.

İstinadlar

  1. Nəzirli, Şəmistan. Topoqraf General- İbrahim Ağa Vəkilov (PDF). Bakı. 2002.[ölü keçid]
  2. Çingizoğlu, Ənvər. Qarabağlı Hərbiçilər: Çar və AXC ordusunun zabitləri (PDF). Bakı: Təknur. 2011.[ölü keçid]

Həmçinin bax