Adil bəy Həyatov — Azərbaycanlı hərbçi, I Dünya müharibəsinin iştirakçısı, AXC Milli ordusunun zabiti[1]
Adil bəy Həyatov | |
---|---|
Hərbi fəaliyyəti | |
Rütbəsi | Poruçik |
İkinci Bakı süvari alayında ikinci batalyonunun komandiri, Birinci Dünya Müharibəsi illərində eyni adlı batalyonun komandiri olmuşdur. 1918-ci il avqustun iyirmisində şuşanın Malıbəyli kəndini ermənilərdən qəhrəmanlıqla müdafiə etdiyinə görə 1918-ci ildə Türkiyənin "Məcidiyyə" ordeni ilə təltif olunmuşdur.[2] Xankəndində yerləşən Birinci süvari diviziyasının komandanı polkovnik Əfəndiyev və polkovnik Məmmədov 1919-cu il aprelin yeddisində poruçik Adil bəy Həyatova belə bir xasiyyətnamə vermişlər:
Alayın təşkil olunmasında özünü layiqincə göstərən, tərbiyənin və intizamın nümunəvi təşkilində xüsusi səylərini və böyük enerjisini nəzərə alaraq podporuçik Adil bəy Həyatova layiq olduğu poruçik rütbəsi verilməsi barədə vəsadət qaldırıram.