Aerofotoaparat

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Potte tərəfindən tərtib edilmiş aerofotoaparat.

Aerofotoaparatpeykdən, təyyarədən, vertolyotdan və s.-dən Yer səthinin, onun obyektlərinin fotoşəklini çəkmək üçün optik cihaz.[1]

Aerofotoaparatın əsasən iki növü olur: topoqrafik aerofotoaparat, kəşfiyyat aerofotoaparatı. Aerofotoaparat bir və çoxobyektivli olur. Çəkilən obyektin uzaqlığı, təyyarənin sürətlə uçması və ləngərlənməsi aerofotoaparatın quruluşunda bəzi uyğunlaşmanın olmasını tələb edir. Aerofotoaparatı ilk dəfə Birinci Dünya müharibəsi illərində (1914–1918) rus mühəndisi Vladimir Potte ixtira etmişdir. Aerofotoaparatın obyektivi optik sistemdən ibarətdir. Fotoşəklin yüksək keyfiyyətli və mükəmməl olmasını təmin edir. Aeroşəklin miqyası uçuşun yüksəkliyindən əlavə, Aerofotoaparatdakı obyektivin fokus məsafəsindən də asılıdır. Böyük sürətlə üçan təyyarədən çəkilmiş aeroşəkildə təhrif olmaması üçün müasir aerofotoaparat obyektivi saniyənin 1/100–1/500 və daha kiçik hissəsi qədər açan sürgü ilə təchiz olunur. Aerofotoaparatın optik oxunu təyyarənin vəziyyətindən asılı olmayaraq, mümkün qədər şaquli vəziyyətdə saxlamaq üçün xüsusi giroskopik sistemdən istifadə edilir.[2]

İstinadlar

  1. Seyfullayeva, Nərminə; Hacıyev, Neman. Alxasov, Oqtay (redaktor). Coğrafiya terminləri lüğəti (az.). Bakı: Altun kitab. 2016.
  2. Аерофотоапарат // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 129–130.

Əlavə ədəbiyyat

Xarici keçidlər