Afaq Hüseynova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Afaq Hüseynova
Doğum tarixi 8 yanvar 1955(1955-01-08) (69 yaş)
Doğum yeri
Fəaliyyəti rəssam

Afaq Böyük-Ağa qızı HüseynovaAzərbaycan rəssamı, xoreoqraf, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Yaradıcı Qadınlar Assosiasiyasının rəhbəri[1] Azərbaycan Rəssamlar İttifaqının üzvü (1988).

Həyatı

1955-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Bakı Xoreoqrafiya Məktəbini, 1980-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ-təbiqi sənət fakültəsini bitirib.

1980–85-ci illərdə Azərbaycan Bədii Fondunun rəssamı, 1985–91-ci illər Azkonsertin solisti işləyib. 1991–2003-cü illərdə Azərbaycan muzey sərvətlərinin və əşyalarının bərpası mərkəzinin elmi işçisi olub. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun elmi işçisidir.

1999-cu ildən "Yaradıcı Qadınlar Assosiasiyası"nın prezidentidir.

1976-cı ildən — Azərbaycan və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Almaniya, Portuqaliya, Monqoliya, Amerika, Turkiyə, Fransa, Danimarka nümayiş etdirilib. 1998–99-cu illər — Sabirabad rayonu çadır şəhərçiyində qaçqın uşaqların folklor seksiyasının bədii rəhbəri olub (Norvergin Refuqee Council).

2013-cü ildən- Sənətşünaslıq üzrə fəlsəfə doktoru

Diplomları

  • United States Agency for International Development (Certificate of Achievement).
  • Mental Health Problems in Environment of Severe Social Stress (Certificate of Participation).
  • Certificate from Humid bloc Laboratory at National History Museum of Azerbaijan

İstinadlar

  1. "Qadın rəssamların əl işləri nümayiş olunub". 2010-04-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-06-09.

Xarici keçidlər