Afaq Böyük-Ağa qızı Hüseynova — Azərbaycan rəssamı, xoreoqraf, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Yaradıcı Qadınlar Assosiasiyasının rəhbəri[1] Azərbaycan Rəssamlar İttifaqının üzvü (1988).
Afaq Hüseynova | |
---|---|
Doğum tarixi | 8 yanvar 1955 (69 yaş) |
Doğum yeri | |
Fəaliyyəti | rəssam |
1955-ci ildə Bakı şəhərində anadan olub. 1973-cü ildə Bakı Xoreoqrafiya Məktəbini, 1980-ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dekorativ-təbiqi sənət fakültəsini bitirib.
1980–85-ci illərdə Azərbaycan Bədii Fondunun rəssamı, 1985–91-ci illər Azkonsertin solisti işləyib. 1991–2003-cü illərdə Azərbaycan muzey sərvətlərinin və əşyalarının bərpası mərkəzinin elmi işçisi olub. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun elmi işçisidir.
1999-cu ildən "Yaradıcı Qadınlar Assosiasiyası"nın prezidentidir.
1976-cı ildən — Azərbaycan və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Almaniya, Portuqaliya, Monqoliya, Amerika, Turkiyə, Fransa, Danimarka nümayiş etdirilib. 1998–99-cu illər — Sabirabad rayonu çadır şəhərçiyində qaçqın uşaqların folklor seksiyasının bədii rəhbəri olub (Norvergin Refuqee Council).
2013-cü ildən- Sənətşünaslıq üzrə fəlsəfə doktoru