Ajun Kurtər

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ajun Kurtər
türk. Ajun Kurter
Doğum tarixi
Doğum yeri İstanbul
Vəfat tarixi
Vəfat yeri Türkiyə
Milliyyəti türkiyəli
İxtisası Coğrafiya
Təhsili
  • İstanbul Universitetinin ədəbiyyat fakültəsi[d]
Fəaliyyəti coğrafiyaşünas

Ajun Kurtər - türk coğrafiyaçısı, dəniz tədqiqatçısı və iqlimşünasdır. 1930-cu ildə İstanbulda anadan olmuşdur. Həmin şəhərdə orta məktəbə getmişdir. Sonra İstanbul Universitetinin Coğrafiya fakültəsinə daxil olub və 1955-ci ildə həmin fakültənin məzunu olmuşdur. Sonrada Coğrafiya ixtisasının aspirantı olmuşdur. İstranca dağlarının morfologiyası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1963-cü ildə coğrafiya üzrə elmlər doktoru olmuşdur. 5 ildən sonra isə "Kasqamo dairəsinin fiziki coğrafiyası" adlı dosentlik dərəcəsini almışdır. 1976-cı ildə professor, Coğrafiya fakültəsinin dekanı, fiziki coğrafiya kafedrasının isə rəhbəri olmuşdur. 1983-cü ildə İ.Ü.Dəniz Bilimləri və Coğrafiya İnstitutunundə dənizin fiziki və kimyası rəhbəri olmuşdur. O işlədiyi müddət ərzində avropada bir çox konfranslarda iştirak etmişdir. Türkiyədə Egey, MərmərəQara dənizdə keçirilən bir çox tədbirləri iştirak etmişdir. 1997-ci ildə pensiyaya çıxmışdır[1]. Türk hava qüvvələri dövründə 5 cildlik əsərin dərci dövründə rəhmət getmişdir. Onun bir çox kolleksiyası və modelləri İstanbul Hava müzeyində saxlanılır[2]. Əsas əsərləri Türkiyənin morfoklimatı sahələri (1979) və okeanaqrafiyadır (1977)[3].

İstinad

  1. Yitirdiklerimiz". denizbilimleri.istanbul.edu.tr. 7 Eylül 2017 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 7 Eylül 2017.
  2. "Türk Havacılık tarihçisi Ajun Kurter vefat etti". Star. 7 Eylül 2017 tarihinde kaynağından arşivlendi. Erişim tarihi: 7 Eylül 2017.
  3.  Kurter, Ajun (Milliyet bas.). İstanbul: Büyük Larousse Sözlük ve Ansiklopedisi c.14. s. 7182.