Akif Qəhrəmanlı

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Akif Qəhrəmanlı
Doğum tarixi
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Fəaliyyəti tərcüməçi
Mükafatları Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanı

Akif Qəhrəmanlıyazıçı-jurnalist, tərcüməçi.[1]


Həyatı

Akif Qəhrəmanlı 1942-ci ilin fevral ayında Oğuz rayonunda anadan olmuşdur. 1959-cu ildə orta məktəbi bitirir. Ali təhsil almaq üçün Bakıya gəlir. İlk cəhddən ali məktəbə daxil ola bilməyən A. Qəhrəmanlı bir müddət zavod və fabriklərdə, Metropolitendə fəhləlik edir. 1964-cü ildə hərbi xidmətdən qayıdıqdan sonra S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin axşam şöbəsində təhsil alır. Təhsil aldığı müddətdə tərcüməçilik etməyə başlayır.

Əmək fəaliyyəti

1968-ci ildən 1984-cü ilədək Azərbaycan Dövlət İnformasiya Agentliyində tərcüməçi-redaktor, 1984-cü ildən 1986-cı ilədək Azərbaycan Dövlət Nəşriyyatında elmi redaktor, daha sonra şöbə müdiri, 1986–1990-cı illərdə "Kommunist" qəzetində Beynəlxalq həyat və təcrümə şöbəsinin müdiri vəzifələrindən çalışmışdır. 1991-ci ildən 2005-ci ilə qədər Prezident Aparatında sektor müdiri vəzifəsində işlədi.

Kitab

2019-cu il aprelin 26-da Azərbaycan Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisi Beynəlxalq Mətbuat Mərkəzində Akif Qəhrəmanlının xatirəsinə həsr olunmuş mərasim keçirilmişdir. Mərasim iştirakçılarına "Mən sabah da varam" adlı kitab da təqdim edilmişdir.[2]

Tərcümə kitabları

  • S.Kərimovun "Niyazi"
  • Q.Kərimovun "Şəriət və onun sosial mahiyyəti"
  • G.Şvetsin "Mən marafon qaçıram"
  • L.Medvedkonun və A.Germanoviçin "Allahın adı ilə"
  • Branko Çopiçin "Özümüz zillətdə,xəyalımız cənnətdə"
  • B.Oleynikin "Zülmət sultanı"
  • SSRİ Elmlər Akademiyası Şərqşünaslıq İnstitutunun nəşr etdirdiyi "İslam"
  • "Müsəlman bayramları"[3]

Mükafatları

1981-ci ildə aldığı Azərbaycan SSR Ali Sovetinin Fəxri Fərmanına layiq görülmüşdür.

İstinadlar

  1. "Anım günü". 2019-05-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-05-01.
  2. Tərcüməçi-jurnalist Akif Qəhrəmanlının anım mərasimi
  3. Kitab Təqdimatı