Alçaqboy jasmin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Alçaqboy jasmin
Elmi təsnifat
Beynəlxalq elmi adı

Alçaqboy jasmin (lat. Jasminum humile) — zeytunkimilər fəsiləsinin jasmin cinsinə aid bitki növü.

Təbii yayılması

Şərqi Asiya ölkələrində təbii halda yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 1 m olan həmişəyaşıl koldur. Yarpaqları uzunsov, tərs-yumurtavari, üst səthi tünd, alt səthi isə açıq yaşıldır. Sarı rəngli çiçəkləri xırda və ətirlidir. Mart və may aylarında kütləvi çiçək açır. Bu dövrdə çox dekorativ görünür. Toxumları avqust ayında yetişir. Toxum, qələm və kolu bölməklə çoxaldılır.

Ekologiyası

Torpağa az tələbkar, quraqlığa və istiyə davamlıdır.

Azərbaycanda yayılması

Bir çox rayonlarda park və bağlarda, mədəni şəraitdə rast gəlinir.

İstifadəsi

Kütləvi çiçəkləmə mərhələsində çox dekorativ görünür. Bordur və alçaqboylu yaşıl çəpərlərin tərtibatında istifadə olunur.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 7.