Albaniyada korrupsiya

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Albaniyada korrupsiya aktual problemdir.[1][2] Qlobal Korrupsiya Barometrinin(en) məlumatlarına görə 2013-cü ildə sorğuda iştirak edənlərin 66%-i Albaniyada korrupsiyanın artdığında əmindir. 2017-ci ildə Albaniya Korrupsiya Qavrama İndeksində(en) 38 bal ilə 180 ölkə arasından 91-ci yeri tutub.(2016:39 bal, 2015:36 bal, 2014: 33 bal, 2013: 31 bal).[3].

Korrupsiya hələ də Albaniyada biznesə başlamaq üçün ən təsirli amillərdən biri hesab olunur.[4] Albaniyada korrupsiyaya qarşı qanunvericilik bazası mövcud olsa da cəzalandırılanları sayı azdır.

Albaniyada Korrupsiya və İnsan İnkişafı

1990-cı ildən sonra Albaniya mərkəzləşdirilmiş iqtisadiyyatdan liberal iqtisadiyyata keçdi. Liberallaşma siyasət, iqtisadiyyat və digər sosial aspektlər üçün həm müsbət, həm də mənfi nəticələr verdi. Ölkənindüzgün siyasətini göstərən iki əsas komponent var: iqtisadi artım və korrupsiya səviyyəsi. 2011-ci ildə aparılmış araşdırmaya görə korrupsiya indeksi və insan inkişafı arasında əlaqə var. Albaniyanın digər Avropa İttifaqıölkələri ilə müqayisəsi göstərir ki, daha çox korrupsiyalaşmış ölkələrdə insan inkişafı daha aşağı səviyyədədir.[5]

İstinadlar

  1. "Extent of public corruption in Albania". 2022-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
  2. 2012 Corruption Perceptions Index Arxivləşdirilib 2006-06-19 at the Wayback Machine
  3. e.V., Transparency International. "Corruption Perceptions Index 2017". www.transparency.org. 2020-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-03-24.
  4. "Business Corruption in Albania". Business Anti-Corruption Portal. 2015-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 July 2015.
  5. Hysa, E. (2011). Corruption and human development: Albania and EU-27. Social Studies Journal, 5(2), 43-52., https://www.researchgate.net/publication/324273986_CORRUPTION_AND_HUMAN_DEVELOPMENT_ALBANIA_AND_EU-27 Arxivləşdirilib 2022-12-04 at the Wayback Machine