Albaniyada korrupsiya aktual problemdir.[1][2] Qlobal Korrupsiya Barometrinin[ing.] məlumatlarına görə 2013-cü ildə sorğuda iştirak edənlərin 66%-i Albaniyada korrupsiyanın artdığında əmindir. 2017-ci ildə Albaniya Korrupsiya Qavrama İndeksində[ing.] 38 bal ilə 180 ölkə arasından 91-ci yeri tutub.(2016:39 bal, 2015:36 bal, 2014: 33 bal, 2013: 31 bal).[3].
Korrupsiya hələ də Albaniyada biznesə başlamaq üçün ən təsirli amillərdən biri hesab olunur.[4] Albaniyada korrupsiyaya qarşı qanunvericilik bazası mövcud olsa da cəzalandırılanları sayı azdır.
1990-cı ildən sonra Albaniya mərkəzləşdirilmiş iqtisadiyyatdan liberal iqtisadiyyata keçdi. Liberallaşma siyasət, iqtisadiyyat və digər sosial aspektlər üçün həm müsbət, həm də mənfi nəticələr verdi. Ölkənindüzgün siyasətini göstərən iki əsas komponent var: iqtisadi artım və korrupsiya səviyyəsi. 2011-ci ildə aparılmış araşdırmaya görə korrupsiya indeksi və insan inkişafı arasında əlaqə var. Albaniyanın digər Avropa İttifaqıölkələri ilə müqayisəsi göstərir ki, daha çox korrupsiyalaşmış ölkələrdə insan inkişafı daha aşağı səviyyədədir.[5]