Aleksandr Mojayski

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Aleksandr Mojayski
rus. Алекса́ндр Фёдорович Можа́йский
Doğum tarixi 9 (21) mart 1825
Doğum yeri
Vəfat tarixi 20 mart (1 aprel) 1890 (65 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Smolensk qəbiristanlığı[d]
Elm sahələri aviasiya[1]
Təhsili
  • Dəniz kadet korpusu[d]
Mükafatları 4-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni 2-ci dərəcəli "Müqəddəs Stanislav" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Aleksandr Fyodoroviç Mojayski (rus. Алекса́ндр Фёдорович Можа́йский; 9 (21) mart 1825, Kotka[d], Finlandiya knyazlığı20 mart (1 aprel) 1890, Sankt-Peterburq) — havadan ağır uçan aparları (UA) sahəsində Rusiya tədqiqatçısı, konstruktor və ixtiraçı.

Həyatı

Aleksandr Fyodoroviç Mojayski 21 mart 1825-ci ildə Rusiya imperiyası tərkibində olan Finlandiya knyazlığının Kotka şəhərində anadan olmuşdur. O, 1841-ci ildə Dəniz Kadet Korpusunu bitirmişdir. Mojayski 1841–1862 və 1879–1882-ci llər Hərbi Dəniz Donanmasında, 1862–1879-cu illərdə mülki idarələrdə xidmətdə olmuşdur. O, 1882-ci ildə general-mayor rütbəsində istefaya çıxmışdır. Mojayski 1886-cı ildən kontr-admiral rütbəsini daşımışdır. O, 1856-cı ildən ömrünün sonunadək UA yaradılması məsələləri ilə məşğul olmuşdur. Mojayski 1876-cı ildə hazırladığı modelləri nümayiş etdirmişdir. O, 3 noyabr 1881-ci ildə Rusiyada ilk dəfə ixtira etdiyi təyyarə üçün patent almışdır. Mojayski 1881–1882-ci illərdə yeni təyyarə yaratmaq üçün çalışmışdır, lakin 1909-cu ilə və daha sonralara aid məlumatdan müəyyən edilmişdir ki, səyi uğursuz olmuşdur. Onun quraşdırdığı uçuş aparatı insan tərəfindən idarə olunan təyyarə yaratmaq sahəsində ilk əməli təşəbbüslərdən biri kimi əhəmiyyətlidir. Mojayski 1 aprel 1890-cı ildə Rusiya imperiyasının Sankt-Peterburq şəhərində vəfat etmişdir.[2]

İstinadlar

  1. 1 2 Çex Milli Hakimiyyət Məlumat bazası.
  2. Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 20.

Əlavə ədəbiyyat

  • В.Малков. У села Можайского // Вологодский комсомолец. — 1979. — 14.01
  • Ю.Арсеньева. Любовь// Русский Север. — 1996. — 16.04
  • Александр Фёдорович Можайский создатель первого самолёта. Сборник документов. — М.: Издательство АН СССР, 1955.
  • Дузь П. Д. История воздухоплавания и авиации в России (период до 1914 года). – 2 изд. перераб. — М.: Машиностроение, 1981. — 272 с.
  • Свищев Г. П. Первый отечественный авиаконструктор // Авиация в России (к 100-летию отечественного самолётостроения). — М.: «Машиностроение» (по заказу ЦАГИ им. Н. Е. Жуковского), 1983. — С. 5—10.
  • Бычков В. К истории создания самолёта А. Ф. Можайского // Авиация в России (к 100-летию отечественного самолётостроения). — М.: «Машиностроение» (по заказу ЦАГИ им. Н. Е. Жуковского), 1983. — С. 11—40.
  • Шавров В. Б. История конструкций самолётов в СССР до 1938 г. − 3-е изд, исправл.. — М., 1994. — 704 с.
  • Никулин Ю. А. Александр Фёдорович Можайский - русский морской офицер и авиаконструктор: жизнь и деятельность (1825-1890). Диссертация на соискание учёной степени кандидата исторических наук. — СПб., 2006.

Xarici keçidlər