Aliyenasiya (hüquq)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Aliyenasiya və ya alientasiya (ing. Alienation – özgəninkiləşdirmə) — əmlakı müsadirə etmə, səhm, kapital, dəyərlinin sahibkarlıq hüququnun bir şəxsdən başqasına keçmə prosesi.[1] Mülkiyyətçinin iradəsinə əsasən özgəninkiləşdirmə (alqısatqı və ya bağışlama) və mülkiyyətçinin iradəsindən asılı olmayan özgəninkiləşdirmə (məhkəmə qərarının icrası zamanı borcun tutulması məqsədilə borclunun əmlakının müsadirə edilməsi, rekvizisiyası və ya məcburi satılması) fərqləndirilir.[2]

Aliyenasiya bu hüququn tam şəkildə verildiyi[3] müstəsna hüquqa sərəncamvermə üsullarından biridir.[4] Hüququn aliyenasiyası ya qeydə alınmalı, ya da müstəsna hüququn qeydiyyatından əvvəl aliyenasiya haqqında müqavilədə yazılı şəkildə ifadə edilməlidir.[5] Hüquq verən zaman hüquq sahibi bu hüququnu itirmir. Müqavilədə hüquq tam şəkildə verilmədikdə, müqavilə lisenziya sayılır.[6]

İstinadlar

  1. Aliyenasiya // Böyük İqtisadi Ensiklopediya (az.). I cild: ABCÇD. Bakı: "Şərq-Qərb" nəşriyyat evi. 2012. səh. 55.
  2. Alientasiya // Böyük İqtisadi Ensiklopediya (az.). I cild: ABCÇD. Bakı: "Şərq-Qərb" nəşriyyat evi. 2012. səh. 52.
  3. П. 1 ст. 1233. «Распоряжение исключительным правом»
  4. П. 5 ст. 1233. «Распоряжение исключительным правом»
  5. П. 2 ст. 1234 «Договор об отчуждении исключительного права»
  6. П. 1 ст. 1233 «Распоряжение исключительным правом»