Alpert Tibb Məktəbi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Alpert Tibb Məktəbi
Xəritə
41°49′08″ şm. e. 71°24′29″ q. u.
Əsası qoyulub 1972
Ölkə
Sayt med.brown.edu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Məktəbin binası

Alpert Tibb Məktəbi (ing. The Warren Alpert Medical School of Brown University) — Braun Universitetində tibb proqramını həyata keçirən təhsil müəssisəsi[1]

Tarixi

1811-ci ildə yaradılmışdır.[1]

1991-ci ildən məktəb Braun Tibb Məktəbi adlandırılır.[1]

2007-ci ildə iş adamı Uorren Alpert məktəbə 100 milyon dollar vəsait yardım edir.[1] Bunun qarşılığında məktəbin adı dəyişdirilərək Uorren Alpert Tibb Məktəbi olur.[1]

Fəaliyyəti

Hazırda bu məktəb Amerikanın ən rəqabətli məktəblərindəndir.[1] Məktəbə qəbul olmaq istəyənlərin yalnız 2%-dən aşağısı müsabiqədən uğurla keçir.[1]

Məktəbdə hüceyrə biologiyası, fiziologiyası, biokimya, qidalanma, immunologiya və genetika, mikroskopik anatomiya, ümumi patologiya, neyrobiologiya, patofiziologiya, neyrofarmokologiya, mikrobiologiya, epidemiologiya, endokrin patofiziologiya, kardiologiya, nefrologiya, pulmonologiya, gematologiya, qastroenterologiya və s. elmlər öyrədilir.[1]

Burada 4 il təhsil aldıqdan sonra tələbələr bakalavr diplomu alır və avtomatik olaraq təhsilini MD (latın dilindən "Medicinae Doctor" - tibb doktoru) dərəcəsi almaq üçün davam etdirir.[1] Ümumilikdə, tibbi təhsil burada 8 ildir.[1] Məktəb MD/PhD/MPH və tibb doktoru /MPP dərəcələri təklif edir.[1]

Mərkəz və hospitalları

Alpert Tibb Məktəbinin nəzdində Providens Tibb Mərkəzi və Rod Aylend, Miriam, Memorial, Batler, Emma Pendlton Bradli, Qadın və Uşaq hospitalları fəaliyyət göstərir.[1]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Lamiyə Əliyeva, Dünya universitetləri: Braun Universiteti Arxivləşdirilib 2014-09-09 at the Wayback Machine, "Azərbaycan müəllimi" qəzeti, 09.04.2010, № 13.  (az.)

Xarici keçidlər